Əsabil Qasımov milyonlarını Rusiyaya daşıyır – FAKT

Müəllif: Baş Redaktor

Baş Redaktor

esabilYesentukidə Azərbaycandan yatırılan sərmayə hesabına tikilən yeni “İstoçnik” sanatoriyası açılıb. Yenicag.az ANS PRESS-ə istinadən xəbər verir ki, 400 nəfərlik sanatoriya layihəsi Azərbaycan Respublikasının sərmayə proqramı kampaniyası çərçivəsində həyata keçirilib. Azərbaycan bu layihəyə 1,5 milyard rubl (35 milyon manat – red.) sərmayə qoyub.Açılış mərasimində Stavropol diyarının qubernatoru Vladimir Vladimirov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bül-Bül oğlu, Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və layihəyə sərmayə yatıran tanınmış iş adamı Əsabil Qasımov iştirak edib.

 

Çoxistiqamətli sanator kompleks mədə-bağırsaq traktı, nəfəs orqanları, ürək-damar və dəri xəstəlikləri, şəkərli diabet, cinsiyyat orqanlarının xəstəliyi və uroloji patologiyaxəstəliklərinin müalicəsi və profilaktikası, o cümlədən cərrahiyyə əməliyyatlardan sonra reabilitasiya müalicəsində ixtisaslaşır.”İstoçnik” sanatoriyası son bir neçə ildə Qafqaz Mineral Sularında istifadəyə verilən ən iri kurort obyektidir.Polad Bül-Bül oğlunun sözlərinə görə, yeni sanatoriya ən müasir standartlara cavab verir.Layihənin sərmayəçisi “Karmen” Unların sahibi, İmişli rayonundan millət vəkili seçilən Əsabil Qasımovdur.

Vətəninfo.az qeyd edir ki,İmişli rayonunda yüzlərlə işsiz insanlar var və bu rayonda Türkiyəli iş adamı Abdulbari Gözəl bir neçə il əvvəl Şəkər zavodu istifadəyə verməsəydi,demək olar ki,rayonda işsizlik ordusu daha da artmış olardı.Əsabil Qasımov isə 35 milyon manatlıq sərmayə ilə daha asan gəlir əldə etmək üçün Rusiya Federasiyasına üz tutub.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır