Əsas sosial şəbəkələr birləşdilər: “Facebook”, “Twitter”, “YouTube”

Müəllif: Redaktor

Editor

15401458_1297466733667399_1877695206_n“Facebook”, “Twitter”, “Microsoft” və “YouTube” kimi nəhəng sosial şəbəkələr terrorizmin təbliğinə qarşı bir araya gəliblər.

Yeniçağ.Az Rusiya mediasına istinadən xəbər verir ki, “Facebook” sosial şəbəkəsi, “Twitter” mikrobloq servisi, “Microsoft” və “YouTube” videohostinqi internetdə terrorçuluğu təbliğ edən kontentlərə qarşı mübarizədə səylərini birləşdirdiklərini bəyan ediblər. Məlumata görə, adları çəkilən şirkətlər terrorçuluğu təbliğ edən kontentlərin (təsvir və video) identifikasiyasını və ləğvini sürətləndirmək üzrə vahid baza yaradacaqlar. Şirkətlər bununla bağlı yaydıqları birgə bəyanatda aparacaqları mübarizənin nəticə verəcəyinə ümid etdiklərini vurğulayıblar: “Bizim serverlərimizdə terrorçuluğu dəstəkləyən kontentlərə yer yoxdur. Ümid edirik ki, səyləri birləşdirməyimiz bu istiqamətdə apardığımız mübarizəni daha da təsirli edəcək”.

 

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır