!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsassız vergi borclarının silinməsi: "Sahibkar nəfəs ala biləcək"

!Reklam – Yazi

Dövri mətbuatda yayılan xəbərlərə görə yeni ilin ilk günlərindən etibarən əvvəlki illərdə çoxsaylı sahibkarlara, şirkətlərə hesablanmış əsassız vergi borclarının ləğv olunması prosesinə başlanılıb. Bununla bağlı iş adamlarına müraciət olunaraq, borcların əsassızlığını sübut edən sənədlərin hazırlanaraq, vergi orqanlarına təqdim olunması istənilir.

Məsələ ilə bağlı mövqeyini Yenicag.az-la bölüşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, əsassız borcların ləğv edilməsi sahibkarlığın inkişafına yeni bir təkan vermək baxımından olduqca vacib amildir:

“Yersiz vergi yoxlamaları, eləcə də əsassız vergi borclarının yazılması sahibkarlığın inkişafına mənfi təsir edən faktorlardır. Yersiz vergi yoxlamaları və əsassız vergi borcları nəticə etibarı ilə sahibkarlığın inkişafına əngəl törədir. Bu kimi mənfi proseslər son nəticədə sahibkarın fəaliyyətinə neqativ təsir göstərir. Sahibkar əsassız vergi borcunın yazılması fonunda əslində, özünə çatmalı olan vəsaitin bir hissəsindən məhrum olur. Ona görə də belə halların aradan qaldırılması çox vacibdir. Sahibkarlardan sadəcə, qanunvericilikdə nəzərdə tutulan vergi öhdəliklərinin yerinə yetirilməsini tələb etmək lazımdır. Sahibkarın vəzifəsi vergi və digər sosial formada olan məcburi ödənişləri ödəməkdir. Bundan kənarda sahibkardan heç bir halda vergi qismində əlavə vəsaitlərin ödənilməsi tələb edilə bilməz.

Aparılan monitorinqlər də göstərir ki, əvvəlki dövrlərdə bir sıra hallarda sahibkarlardan artıq vergi ödənilməsi tələb olunur, onun üzərinə də əsaslandırılmayan borclar yazılırdı. Bu da sahibkarın fəaliyyətinə mənfi təsir göstərirdi. O baxımdan əsassız borcların silinməsilə bu kimi neqativ halların qarşısı əhəmiyyətli dərəcədə alınacaq”.

Kənd təsərrüfatı sahəsi üzrə sahibkar Sidqi Quliyev də qeyd etdi ki, bir sahibkar kimi əsassız vergi borclarının ləğv olunması onun ürəyincədir:

“Əsassız vergi borclarının silinməsi çox yaxşı haldır. Bu addım sahibkarlara öz fəaliyyətlərini daha da genişləndirməyə imkan verəcək. Ona görə də bir sahibkar kimi bu istiqamətdə addım atılması sevindirici haldır. Çünki sahibkarın üzərinə yazılan əsassız vergilər onu istər-istəməz işindən soyuda bilər. Bu mənada əsassız verginin aradan götürülməsilə sahibkar daha aktiv şəkildə fəaliyyət göstərəcək. Bu hal həmçinin, istehsalın da artımına təkan verən amildir. Çünki sahibkar işini daha həvəslə quracaq. Ona görə də atılan bu addımı alqışlayırıq. Qanunvericilikdə nəzərdə tutulan vergiləri isə hamı kimi sahibkarlar da mütləq verməlidir və veririk də”.

ELÇİN

 

www.yenicag.az

2091
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv