!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsəd, İran və PKK-nın “İŞİD həmrəyliyi” - “Fərat qalxanı”na qarşı birləşirlər

!Reklam – Yazi

6 ildir, İraq-Şam İslam Dövləti (İŞİD) ilə mübarizə pərdəsi altında şou göstərən Bəşər Əsəd rejimi, o cümlədən, İran, terrorçu PKK və 40-a yaxın dövlət İŞİD-lə bacarmadığı halda, Türkiyə bu terror şəbəkəsinin nəzarətində olan Əl-Bab kimi strateji əhəmiyyətli şəhəri azad edərək, tarixi zəfər qazanıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-nın, Əsəd rejiminin və İranın bölgədə törətdikləri qətliamların, quldur “PKK dövləti”nin yaradılmasının, İranın məzhəb təxribatlarının “qanuniləşdirilməsi”ndə “İŞİD kartı”ndan istifadə olunur.

Bunun üçün “PKK dövləti”nin qurulması, Əsəd rejiminin möhkəmləndirilməsi və Suriyada sünniləri sıxışdıraraq, İran mollalarının planları baş tutana qədər İŞİD-in “qorunub saxlanması” lazım gəlirdi. Hər halda, İŞİD-in gücləndirildiyi dönəmdə Əsəd rejimi sözləşərək, Hələbin şimalını, Haseki, Deri Zor, Rakka, Dera kimi şəhərləri müxalifətin nəzarətindən çıxarıb, o ərazilərin bir qismini terrorçu PKK-ya, digər qismini Əsəd rejiminə təhvil verməsi bu fikirləri isbatlayır.

Bütün bunların baş verdiyi şəraitdə Türkiyənin hərəkətə keçərək, “Fərat qalxanı” əməliyyatı çərçivəsində əvvəlcə Cerablusu, daha sonra Rayı, sonda isə İŞİD-in “Müqəddəs şəhər” adlandırdığı Əl-Babı azad etməsi İranı, PKK-nı və Əsəd rejimini qorxutduğundan, onların istinad etdikləri dəlillər və əllərindəki “İngilis açarı”nın təsiri itib. Ona görə də Türkiyənin İŞİD-ə qarşı uğurlu mübarizəsindən danışılmır və dünya mediası da bu barədə susmağa üstünlük verir.

Lakin geriyə baxdıqda görürük ki,indi susan dünya İŞİD-in Kobani, Mimbic, Palmia kimi şəhərlərinə hücumu zamanı yaranan köçləri II Dünya Müharibəsindən sonrakı köçlərlə müqayisə edirdi. Halbuki, strateji əhəmiyyətinə görə Əl-Bab Kobani və digər şəhərlərdən daha üstün idi. Eyni zamanda, Əl-Babın azad edilməsi zamanı şəhər əhalisinin və infrastrukturun zərər görməməsi də xüsusi qeyd edilməlidir.

Əsəd rejimi və İran “Fərat qalxanı” əməliyyatının uğurundan narahatdırlar və bunu gizlətmirlər. Ona görə də “Türkiyə Suriyada işğalla məşğuldur və oranı tərk etməlidir” kimi bəyanatlar verirlər. Bildiyimiz kimi, “Fərat qalxanı” əməliyyatı zamanı son olaraq, Əl-Babın azad edilməsindən sonra növbəti hədəf Rakka və Mimbiç şəhərləri göstərilib. Bunun qarşısını almaq istəyən Əsəd rejimi, İran və PKK “nə qazansaq, kafidir” düşüncəsi ilə əməkdaşlığa qərar veriblər.

Bu çərçivədə Əsəd rejimi ilə İran xəritədə göstərildiyi kimi Əl-Babın cənubundan şərqə – Fərat çayına doğru irəliləyir. Əsəd qüvvələri irəliləyərkən İŞİD terrorçuları Nəbat əl Kəbirə və Nəbat əl Sağira məntəqələri başda olmaqla, 30-a yaxın kəndi boşaldıb. Belə davam edərsə, bu, Türkiyənin dəstəklədiyi Suriya müxalifətinin Rakka və Mimbiç əməliyyatları çətinə düşəcək, terrorçu PKK-nın “dəhliz”lərinin birləşdirilməsi imkanı yaranacaq və Rakkada qərarlaşan İŞİD qorunacaq.

Yeniçağ.Az

www.yenicag.az

626
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv