Əsəd Türkmən qətliamına başladı – İran və rus əsgərləri ilə birlikdə

Əsəd Türkmən qətliamına başladı – İran və rus əsgərləri ilə birlikdə

Müəllif: Baş Redaktor

Baş Redaktor

19af091_oSuriya diktatoru Bəşər Əsəd Türkmən bölgəsini bombalayır. Yenicag.az “TRT Türk”ə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Suriya Türkmənlərinin liderlərindən Tahsin Xoşkar verib. Onun sözlərinə görə, Əsəd rejiminin türkmən birliklərinin əlindəki Gimam kəndinə qarşı başlatdığı quru hərəkatı davam edir: “Kəndləri qorumaq üçün savaşan türkmənlər rus və İran əsgərləri ilə birlikdə, Hizbullah döyüşçüləri ilə də savaşır”.

Xoşkar türkmənlərin bütün imkanlarını səfərbər etdiklərini bildirib: “Əsəd Bayırbucaq bölgəsinin cənubundakı Gimam kəndinə olduqca yaxınlaşdılar. Kəndləri qorumaq üçün Əsədin yanındakı rus və iranlılarla döyüşürük. Türkmənlər son döyüşlərdə 15 şəhid verdi, 60-dan çox yaralımız var”.

Türkmən lider son damla qanları qalana qədər bölgəni qoruyacaqlarını bildirib.

Qeyd edək ki, bu Əsəd rejiminin türkmənlərə qarşı ilk qətliamı deyil. Bundan öncə də türkmənlərə qarşı qətliamlar törədilmişdi. Xüsusilə, Hələbin Hulluk qəsəbəsində sadəcə bir bombalama zamanı 56 türkməni şəhid etmişdi.

Yenicag.az

Dünya, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti