www.sinerjipro.net

SinerjiProWide
Reklam

Dəməşq rejiminin rəhbəri Bəşər Əsəd Suriyada vətəndaş müharibəsi nəticəsində həlak olanların sayını “dəqiqləşdirib”.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyada 2011-ci ildən bu yana davam edən vətəndaş müharibəsində ölənlərin sayı haqqında belə danışıb:

“Suriyada həlak olanların sayı mətbuatda yazıldığı kimi, yüz minlərlə deyil, on minlərlədir. Əlbəttə, itkin düşənlərin sayı da bura əlavə edilə bilər. Dediklərim rəsmi rəqəmlərdir. Ancaq Qəbdəkilər öldürülən terrorçuların sayını da ümumi saya qatırlar.

Bu məlumatlar, sadəcə, rəqəmləri şişirtmək, vəziyyətin nə qədər faciəvi olduğunu göstərmək və Suriyaya müdaxilə üçün humanitar səbəb axtarıb tapmaqdır. Lakin hökumət olaraq deyə bilərik ki, itkilərimiz on minlərlədir”.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyada vətəndaş müharibəsi nəticəsində 300 min insanın həlak olduğunu açıqlayıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 59
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."