Yazı İçi 468×60

12314315_10208262847875510_271468217mayMünaqişəyə dair danışıqlara məhəl qoymayaraq Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində əsgərimiz şəhid olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Dərhal görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib.

Müdafiə Nazirliyi bir daha bildirir ki, baş verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."