!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Eşqə səyahət” tamaşaçıları valeh etdi

!Reklam – Yazi

Dünən axşam Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə mənəviyyat və eşq şairi Yunus Əmrənin həyatı, şəxsiyyəti, düşüncələri, təsəvvürə gətirdiyi dərinlik və ilahi insan sevgisini təsvir edən “Aşka Yolculuk” (Eşqə səyahət) adlı teatr səhnəciyi nümayiş etdirildi.

Yenicag.az xəbər verir ki, ssenarisi Bakı Yunus Emre İnstitutu tərəfindən yazılan və 8 aylıq hazırlıq mərhələsindən sonra nümayiş etdirilən teatr tamaşaçıların böyük marağına səbəb olub. Bu dəyərli və bir o qədər də gözəl gecədə Yunus Emre teatr klubunun tələbələri ilə yanaşı professional Azərbaycan aktyor və aktrisaları da iştirak edib. Rövşən Ağayev, Yaqut Paşazadə, Hikmət Rəhimov, Novruz Novruzlu, Esmiralda Abdullayeva, Şamil İbrahimov kimi sənətkarların rol ifa etdiyi səhnəcik Azərbaycan Dövlət Musiqili Teatrında təqdim olunub.

Bakı Yunus Emre İnstitutunun müdiri İbrahim Yıldırım, böyük türk şairinin həyatını və düşüncələrini vəsf edən bu möhtəşəm gecəyə qatılanları səmimiyyətlə salamlayıb. O bildirib ki, Yunus Əmrənin adını daşıyan bir qurumun belə bir teatr səhnəciyini təqdim etməsi həyacan və qürürvericidir.

Tamaşaçıları eşqin dərinliyinə aparan teatr səhnəsindən fotoları sizlərə təqdim edirik:

Yenicag.Az

www.yenicag.az

984
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv