!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Etibar Məmmədov necə desin ki, o, heç kimdir?” – Zərdüşt Əlizadədən AMİP liderinin ünvanına sərt sözlər

!Reklam – Yazi

Tanınmış politoloq keçmiş düşərgə yoldaşlarının aktiv siyasətə qayıtmaq imkanlarının olmadığı qənaətindədir.

Yeniçağ.Az xəbər verir ki, Milli İstiqlal Partiyasının (AMİP) lideri, daxili siyasi proseslərdə iştirakını dayandıraraq, ancaq Cənubi Azərbaycan məsələsi ilə məşğul olduğunu bəyan etmiş Etibar Məmmədovun baş nazir (!) postuna gətiriləcəyi barədə məlumatlar müxalifətdəki digər “sabiqlər”i də yerindən tərpədib.

2004-cü ildə AMİP sədri postundan istefa verən E.Məmmədov 2005-ci il parlament seçkilərindəki məğlubiyyətindən sonra siyasi fəaliyyətini dondurdu. AMİP lideri statusunu daşıyan siyasətçi son 10 ildə ara-sıra müəyyən məsələlərlə bağlı epizodik açıqlamalar versə də, bu, onun siyasi meydanda mövcudluğu anlamına gəlmir. Hər halda, E.Məmmədovun adı son illərdə siyasətdən çox, bizneslə assosiasiya olunmaqdadır.

Bununla belə, 2016-ci ilin son həftəsində AMİP liderinin adının baş nazir postu ilə hallandırılması E.Məmmədovu yenidən diqqət mərkəzinə gətirdi. Mətbuatda və sosial şəbəkələrdə bu mövzuda geniş müzakirələr aparılsa da, o, özü haqqında yayılmış məlumatı şərh etməkdən yayındı. AMİP liderindən sonra partiya sədri vəzifəsindən istefa verən Müsavatın sabiq başqanı İsa Qəmbər və Liberal Partiyanın (ALP) sədrliyindən gedən Lalə Şövkət həmin təşkilatlarda lider statusunu özlərində saxlasalar da, daralmış siyasi arenanın küncünə sıxılıblar. İ.Qəmbər də E.Məmmədov kimi məqam düşəndə, bu və ya başqa məsələ haqqında fikirlərini mətbuatla bölüşsə də, L.Şövkətin isə ümumiyyətlə, səs-sorağı yoxdur.

Ancaq E. Məmmədovun adının gündəmə gəlməsi onun müxalifət daxilindəki əsas rəqibləri olan İ. Qəmbərlə L. Şövkəti də ətalətdən çıxmaq məcburiyyətində qoyub.

Əldə edilən məlumata görə, həm İ. Qəmbər, həm də L.Şövkət fövqəladə heç nə baş verməsə, 2018-ci ildə keçiriləcək prezident seçkilərinə indidən hazırlaşmağa başlayıblar. Qeyd olunur ki, hər iki siyasətçi öz ətraflarında yeni siyasi ittifaq formalaşdırmaq istiqamətində hərəkətə keçiblər. Onların hələlik, yeni müttəfiqlərin seçilməsi üzərində dəyərləndirmə apardıqları deyilir. Lakin müxalifətin indiki zəif durumunda və adları çəkilən siyasətçilərin ictimai rəydə “yoxa çıxdıqları”nı nəzərə aldıqda, onların təkrar “özlərinəgəlmə” imkanları çox qaranlıq görünür.

Mövzunu müzakirə etdiyimiz politoloq Zərdüşt Əlizadə Yeniçağ.Az-a açıqlamasında “Köhnə qvardiya”nın sözügedən simalarının reabilitasiya şanslarının aşağı olduğunu deyib:

“Vaxtilə siyasi proseslərin mərkəzində olan, cəmiyyətdə müəyyən nüfuz qazanmış siyasətçilərin yenidən meydana çıxmaq niyyətində qeyri-adi heç nə yoxdur. Amma bu şəxslər cəmiyyətin indiki durumunu, onlara münasibətini də nəzərə almalıdırlar. Nə o siyasətçilər əvvəlki kimidir, nə də cəmiyyət – bunu unutmaq olmaq. Etibar Məmmədov, İsa Qəmbər və ya Lalə Şövkətin mövcud ictimai reytinqləri 5 faizdən yuxarı deyil. Bu vəziyyətdə yenidən siyasətə qayıtmağın nə əhəmiyyəti var, bilmirəm. Buna özləri qərar verməlidirlər. Etibar Məmmədov baş nazir təyin olunacağı barədə xəbərləri şərh etmirsə, bu da başa düşüləndir. Nə danışsın? Necə desin ki, o, artıq heç kimdir”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

1590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv