yenicag.az
yenicag.az

Etibar Pirverdiyev hesablamada “yandı”

Etibar Pirverdiyev hesablamada “yandı”

Müəllif: Redaktor

Editor

99b66b8f81Hesablama Palatası “Azərenerji” ASC-də aparılmış auditin nəticələrinə dair şok məlumat yayıb; ASC sədri hakimiyyətdəki etibarını tam itirib

Hesablama Palatası “Azərenerji” ASC-də aparılmış auditin nəticələrinə dair məlumat yayıb. Palatanın rəsmi saytı xəbər verir ki, audit “Azərenerji”yə ayrılan büdcə vəsaitlərinin xərclənməsində ciddi pozuntular üzə çıxarıb. Aparılmış yoxlamalar üzə çıxarıb ki, “Azərenerji” ASC tərəfindən dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib edilməyib.

Birbaşa layihə-smeta sənədlərinin hazırlanması, layihənin texniki-iqtisadi əsaslandırılması və qiymətləndirilməsi aparılmayıb. Tikinti layihələri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması, həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi üçün ekspertizadan keçirilməyib. Habelə müvafiq qaydaların tələblərinə uyğun olaraq tikintilərin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyəri müəyyən edilməyb.

Auditor bir neçə halda paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması layihəsi üzrə obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatın sifarişinə əsasən hazırlandığını müəyyən edib. Həmçinin layihə-smeta sənədlərinin hazırlanması xərclərinin podrat müqaviləsinə daxil edildiyini, işlərin yerinə yetirilməsi zamanı podratçıya artıq vəsait ödənildiyini üzə çıxarıb.

Yoxlamalar nəticəsində müəyyən olunub ki, “Azərenerji” ASC işlərin və xidmətlərin satın alınması zamanı bəzi hallarda satınalma proseduru tətbiq edilmədən podratçılarla birbaşa müqavilələr bağlayıb.

Hesablama Palatası həmçinin müəyyən edib ki, bir neçə obyektin tikintisi başa çatdırılsa da Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməyib. Ancaq həmin obyektlərin dəyərinin ASC-nin maliyyə hesabatlarında aktivlərə aid edildiyi üzə çıxıb.
Yada salaq ki, bu ilin fevral ayında ölkə başçısı Ilham Əliyevin imzaladığı sərəncamla “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması səlahiyyəti “Azərişıq”a verilib.

Bundan sonra Hesablama Palatası, Vergilər Nazirliyi və digər müvafiq qurumlar “Azərenerji” ASC-də ciddi yoxlamalara start vermişdi. Pirverdiyevin işini çətinləşdirən daha bir mühüm fakt Bayraq Meydanının sabiq rəhbəri, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərovun həbsidir. Məlumdur ki, Bayraq Meydanının tikilməsi E.Pirverdiyevə həvalə olunmuşdu və R.Məmmədovun həbsindən sonra tikinti zamanı baş vermiş yeni korrupsiya faktları üzə çıxıb.

E. Pirverdiyevin korrupsiya əməlləri və hakimiyyətdəki etibarını itirdiyi barədə məlumatlar çoxdan mətbuatda dolaşırdı. Səhmlərinin 100 faizi dövlətə məxsus olan ASC-yə milyardlarla dollara yaxın investisiya yatırılsa da, prezidentin fevral sərəncamından da belə məlum oldu ki, ayrılan vəsaitin əhəmiyyətli hissəsi mənimsənilib. Mütəxəssislərin hesablamalarına görə, ayrılan vəsait-hansı ki, onun əhəmiyyətli hissəsini dövlət kredit şəklində alıb – məqsədəuyğun sərf edilsəydi, Azərbaycanda sıfır variantından Avropa standartlarına uyğun elektrik enerjisi ilə təchizat sistemi qurmaq mümkün olardı.

Məlumatlara görə, hökumət yaxın aylarda “Azərenerji”ni özəlləşdirməyə hazırlaşır. Aydındır ki, hakimiyyətin yuxarı eşelonunun gözündən düşmüş E.Pirverdiyev özəlləşdirmədən sonra faktiki işsiz qalacaq, oliqarx-məmura yeni vəzifənin verilməsi də gündəmdə deyil. Hesablama Palatasının məlumatı da bu iddiaları bir daha təsdiqləyir. Xatırladaq ki, noyabrın 12-də prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla E.Pirverdiyev qudadır.(musavat)

Araşdırma, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti