www.sinerjipro.net

SinerjiProWide
Reklam

1400865397_masinlar

Vüqar Bayramov: “Sosial məqsədlə gətirilən bu avtomobillərin gömrük vergisindən azad edilərək, məcburi köçkünlərə paylanılmasının həyata keçirilməsi daha məqsədəuyğun idi”

Bakıda 2012-ci ildə keçirilən “Eurovision” müsahibəsi zamanı Almaniyadan bura 100-dən artıq avtomobil gətirilmişdilər. Geri qayıdarkən isə onlar həmin maşınları özləri ilə aparmadılar və bildirdilər ki, qaçqınlara bağışlayırlar. Belə ki, “Eurovision-2012” mahnı yarışmasını izləmək üçün Bakıya gələn 666 alman turist özləri ilə sürüb gətirdikləri 240 ədəd avtomobili azərbaycanlı qaçqın və məcburi köçkünlərə bağışlayaraq təyyarə ilə geri qayıtmışdılar. Həmin alman turistlər “Allgeau-Orient” avtorallisinin iştirakçıları idilər. Bu ralliyə 20 ölkədən 111 komanda və 355 avtomobil qoşulmuşdu. Onlar Almaniyanın cənubundakı Oberstaufen şəhərindən Bakıya qədər 9000 km məsafəni qət edərək dünyanın ən böyük avtomobil yürüşünü keçirmiş, Oberstaufen şəhərindən aprelin 28-də başladıqları avtorallini Qobustanda başa vurmuşdular. Qayıdanda isə maşınların 240-nı azərbaycanlı qaçqınlara bağışladıqlarını bəyan etmişdilər.

Lakin o zamandan bəri müvafiq qurumlar həmin maşınları çürüdərək, qaçqınlara vermirlər. Halbuki, bir iş yerinin açılması çox ciddi problem olduğundan bu maşınla ən azından yüzlərlə ailə üçün çörək yeri olardı.

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin mətbuat xidməti rəhbəri Elçin Qədimov bununla bağlı Yenicag.az saytına qısa açıqlama verməklə kifayətləndi: “Heç kimə heç nə verilməyib. Biz bu maşınları götürməmişik”.

Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov icmanın bağışlanan bu maşınlardan imtina etdiyini və avtomobillərin sənədsiz olduğunu bildirdi: “Bizi o maşınların taleyindən xəbərsizik”.

Əslən Füzuli rayonundan olan İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə YENİCAG.AZ-a açıqlamasında məcburi köçkünlər üçün bu istiqamətdə addım atılmalı olduğunu vacib bildi. Amma bir şərtlə ki, həmin avtomobillər mövcud standartlara cavab versin: “Bakıda təşkil olunan “Eurovision” müsahibəsi zamanı almanların gətirdiyi avtomobillərlə bağlı problem kömrük rəsmiləşdirilməsilə bağlı olub. Kömrük rəsmiləşdirilməsi olmadığı üçün həmin avtomobillərin ölkəyə daxil olması mümkün olmurdu.  Qanunvericiliyə əsasən ölkəyə gətirilən avtomobillər kömrük rəsmiləşdirilməsindən keçməlidir. Amma nəzərə alsaq ki, həmin avtomobillər sosial məqsədlə ölkəmizə gətirilmişdi, belə olan halda onların gömrük rüsum vergisindən azad edilərək, məcburi köçkünlərə paylanılmasının həyata keçirilməsi daha məqsədəuyğun idi. Bu haqda qərarı isə Nazirlər Kabineti verə bilər. Digər tərəfdən, həmin avtomobillərin gətirilməsi Azərbaycandakı mövcud standartların pozulmasına gətirib çıxarmırsa, o halda da rüsum olmadan da onların ölkəyə gətirilməsi barədə qərar vermək mümkündür. Lakin onlar ekoloji və təhlükəsizlik standartına cavab vermirsə, həmin avtomobillərin istifadəsi arzuolunan deyil.  Amma o da var ki, əksər hallarda gətirilən belə avtomobillər standartlara cavab vermir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti rəhbəri Elman Babayev isə bu məsələnin onların nazirliklərinə hər hansı bir aydiyyatının olmadığını dedi.

 

Rüfət/Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."