Ev sahibi balta ilə qonağı qətlə yetirib - VİDEO

Ev sahibi balta ilə qonağı qətlə yetirib – VİDEO

Müəllif: resul

Editor

Sumqayıtda ev sahibi qonağı qətlə yetirib.

Hadisə Corat qəsəbəsində 45 yaşlı Rüfət Salman oğlu Quliyevin yaşadığı evdə baş verib. Rüfət Quliyevin yaşadığı evə tanışı 34 yaşlı Ramiz Yunis oğlu Hətəmov qonaq gəlib. Qonaqla ev sahibi arasında mübahisə düşüb. Mübahisə zamanıda Rüfət Quliyev balta ilə qonağı olan Ramiz Hətəmovun başına zərbə endirib.

Yeniçağ.Az xəbər verir, ki Ramiz Hətəmov aldığı zərbədən hadisə yerində dünyasını dəyişib. Tanışını qətlə yetirən Rüfət Quliyev könüllü olaraq polisə təslim olub.

Verilən məlumata görə, əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkumluq həyatı yaşayan Rüfət Quliyev Ramiz Hətəmovu onun ünvanına söyüş söydüyü üçün qətlə yetirib.

Faktla əlaqədar Sumqayıt Şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

ev sahibi balta ilə qonağı qətlə yetirib-Hadisə yerindən videoSumqayıtda ev sahibi qonağı qətlə yetirib. Hadisə Corat qəsəbəsində 45 yaşlı Rüfət Salman oğlu Quliyevin yaşadığı evdə baş verib. Rüfət Quliyevin yaşadığı evə tanışı 34 yaşlı Ramiz Yunis oğlu Hətəmov qonaq gəlib. Qonaqla ev sahibi arasında mübahisə düşüb. Mübahisə zamanıda Rüfət Quliyev balta ilə qonağı olan Ramiz Hətəmovun başına zərbə endirib. Ramiz Hətəmov aldığı zərbədən hadisə yerində dünyasını dəyişib. Tanışını qətlə yetirən Rüfət Quliyev könüllü olaraq polisə təslim olub. Verilən məlumata görə, əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkumluq həyatı yaşayan Rüfət Quliyev Ramiz Hətəmovu onun ünvanına söyüş söydüyü üçün qətlə yetirib. Faktla əlaqədar Sumqayıt Şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Posted by Yeniçağ.Az TV on Mittwoch, 8. Februar 2017

Yeniçağ.Az

Xəbərlər, Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti