www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türkiyədə keçirilmiş Konstitusiya referendumunda “Əvət” qərarının çıxması ölkə iqtisadiyyatında müsbət tendensiya yaradıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, referendumda alınan “Əvət” nəticəsinin cəmi bir gün ərzində iqtisadiyyata təsiri 45 milyard lirə təşkil edib.

Ölkədə Prezident üsul-idarəsinin tətbiqini nəzərdə tutan Konstitusiyanın müsbət nəticələnməsi sayəsində Türkiyə lirəsi ABŞ dollarına nisbətdə ən çox dəyər qazanan valyuta olub.

Qeyd olunur ki, referendumun nəticəsindən asılı olaraq, növbədənkənar seçki ehtimalı yaradan qeyri-müəyyənliyin aradan qalxması Türkiyə şirkətlərinin indeksini də artırıb.

Məlumata görə, lirənin dollar qarşısında 2,4 faiz bahalaşması nəticəsində Türkiyənin ümumi borcu 36 milyard lirə azalıb. Eyni zamanda 201,1 milyard dollar həcmində tələbatı olan real sektor təmsilçiləri ABŞ valyutasının ucuzlaşması səbəbi ilə 18,1 milyard lirə gəlir əldə ediblər.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."