yenicag.az
yenicag.az

Evlənmək istəyən 7503 nəfərdə talassemiya tapılıb

Evlənmək istəyən 7503 nəfərdə talassemiya tapılıb

Müəllif: Redaktor

Editor

f39ad120-0789-4368-9433-a5edf92016-cı ilin 1-ci yarımilliyi ərzində Respublika Talassemiya Mərkəzinə müraciətlərin sayı 11802 olub. Onlardan 1630 müraciət ilkin müraciətlərdir. Dispanser qeydiyyata alınanların sayı 142 nəfərdir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda Respublika Talassemiya Mərkəzində dispanser qeydiyyatında 2729 xəstə var ki, onlarda müvafiq qaydada dövlət hesabına müalicələrini davam etdirir. Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür. Eyni zamanda Mərkəzin Hemotoloji şöbəsində cari ilin ilk 6 ayı ərzində 262 xəstə stasionar müalicə almışdır və bütün lazımi dərman preparatları ilə təmin olunub.

2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya şöbəsində ötən 6 ay ərzində 10 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla icra olunub. 2014-cü ildən indiyədək bu xəstəlikdən əziyyət çəkən 35 xəstəyə dövlət vəsaiti hesabına uğurla sümük iliyi transplantasiyası əməliyyatı keçirilib. Sevindirici haldır ki, cari ilin aprel ayında EBMT-nin Valensiya şəhərində keçirilən növbəti iclasında Respublika Talassemiya Mərkəzi Beynəlxalq Transplantasiya Təşkilatına üzv seçilib.

Eyni zamanda cari ilin 6 ayı ərzində Mərkəzin ümumi laboratoriyasında 10200 nəfər proqram çərçivəsində müayinələrdən keçib. Bundan əlavə 102 nəfərdə HLA uyğunluq müayinəsi aparılıb. 2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının vaxtında aşkarlanmasında mühüm rol oynayıb. Aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır.

İndiyədək 152659 nəfər müayinədən keçib. 7503 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərədə müvafiq məsləhətlər verilib. Bütün görülən işlərlə yanaşı “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin və profilaktikası üzrə” Dövlət Proqramında nəzərdə tutulan digər məsələlərin uğurla həyata keçirilməsi yönündə işlər aparılmaqdadır.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti