www.sinerjipro.net

SinerjiProWide
Reklam

?????????????????????????????????????????????????????????

“Azərbaycanda nikaha daxil olmaq istəyən bəzi gənclərdə QİÇS və sifilis xəstəliyi aşkarlanıb. Tibbi müayinədən keçən 7 gəncdə isə talassemiya olduğundan onlara evlənməmək tövsiyyə olunub. Lakin onlardan heç biri evlənməkdən imtina etməyiblər”.

Bu barədə Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov deyib. O, bildirib ki, “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”na uyğun olaraq bu il iyunun 1-dən indiyədək nikaha daxil olmaq istəyən 33 412 nəfər tibbi müayinədən keçirilib.

Baş hematoloqun sözlərinə görə, evlənmək istəyən gənclərdə hər hansı xəstəlik çıxanda onlara məsləhət verilir: “Əgər cütlüyün birində talassemiya aşkar olunursa, heç bir problem olmur. Lakin hər iki nəfərdə talessemiya daşıyıcısı varsa, deməli onların uşaqları da talassemiya daşıyıcısı ola bilər. Onlara məsləhət verilir ki, mütləq hamiləlik olan kimi Hemotologiya və Transfiziologiya İnstitutuna müraciət etsinlər və orada bütün məsələlər həll olunsun. Bizdə olan informasiyaya görə, nigaha girmək istəyən 7 cütlükdə hər iki tərəf talassemiya daşıyıcısı aşkar olunub. Həmin cütlüklərdən heç biri nikaha girməkdən imtina etməyib”.

Baş hematoloq onu da bildirib ki, evlənməyə hazırlaşan 135 nəfərdə müəyyən xəstəliklər aşkar olunub.

“Çox az sayda gəncdə QİÇS və sifilis xəstəliyi aşkar olunub. Həmin gənclər haqqında məlumat SPİD Mərkəzinə gedir və onlar ora yönəldilirlər. İnanmıram ki, həmin cütlüklərdən kimsə evlənməkdə israr etsin. Çünki hamı indi başa düşür ki, evlənsələr həmin xəstəliyi bir-birinə yoluxduracaqlar”.

Qeyd edək ki, “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır(azvision).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 34
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."