Evlənmək istəyən Kamran Ağayevə “Neftçi” 370 min dollar ödəyir? – RƏSMİ AÇIQLAMA

Evlənmək istəyən Kamran Ağayevə “Neftçi” 370 min dollar ödəyir? – RƏSMİ AÇIQLAMA

Müəllif: resul

Editor

kamran_agayevPortuqaliyanın Premyer Liqa təmsilçisi “Boavişta”da forma geyinən millimizin qapıçısı Kamranın ölkəyə qayıtmaq qərarına “Neftçi”dən aldığı cəlbedici təklif xüsusi rol oynayıb.

Komanda.az-ın yaydığı məlumata görə, cari mövsümdə heç cür uğursuzluq zolağından çıxa bilməyən “ağ-qaralar” Ağayevə illik 370 min dollar ödəməyə hazırdırlar. Tərəflər arasındakı danışıqlarda ortaya hansısa maneə çıxmasa, Kamran yeni ildən etibarən “Neftçi”nin uğurları üçün çalışacaq.

Xəbərin doğruluğunu yoxlamaq üçün adı çəkilən klubla əlaqə saxladıq.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov Yeniçağ.az-a açıqlamasında məlumatı təkzib edib:
“Hazırda bu məsələ gündəmdə deyil. Yəni belə bir keçid yoxdur. Bu kimi məlumatlar həqiqətə uyğun deyil”.

Xatırladaq ki, Kamran Ağayev bu ilin sentyabrından “Boavişta”da çıxış edir. Ağayev Portu təmsilçisinin heyətində olduğu 10 oyunda qapısında 11 top görüb. O, bu oyunlarda 3 dəfə sarı vərəqə alıb.

K.Ağayev mətbuata açıqlamasında bildirib ki, qış fasiləsində klubundan ayrılaraq karyerasını ölkə daxilində davam etdirməyi planlaşdırır. O, atası üçün darıxdığını, həm də ailə həyatı qurmaq istədiyini deyib.

Aygün İlqarqızı

Yenicag.az

İdman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti