Ads by Google

hightechnic
Ads by Google

2016-cı ildə Azərbaycanda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1 milyon 677,1 min kvadratmetr olan yeni yaşayış evləri istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən Yenicag.Az-a verilən məlumata görə, ötən il istifadəyə verilən yeni yaşayış evlərinin ümumi sahəsinin 78,6 min kvadratmetri məcburi köçkünlər üçün tikilmiş evlərdir

Qeyd edək ki, son illərdə ardıcıl olaraq ölkəmizdə istifadəyə verilən yaşayış evlərinin sahəsində azalma müşahidə edilir. Belə ki, 2013-cü ildə 2 milyon 403 milyon kvadratmetr, 2014-cü ildə 2 milyon 197 min kvadratmetr, 2015-ci ildə isə 1 milyon 932 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.

2016-cı il ərzində mənzil tikintisinə sərf olunan vəsaitin həcmi 683,5 milyon təşkil edib. Bunun 47,5 milyon manatı dövlət, 636,0 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların payına düşüb.
Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə şəxsi vəsaitləri hesabına 11,2 min yaşayış evi tikiblər. Evlərin əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakıda, Lənkəran, Abşeron, Şəmkir, Tovuz, Kürdəmir, Cəlilabad və Qəbələ rayonlarında inşa olunub.

Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 83
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."