!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evlərdən oğurluq edən şəxslər saxlanılıb - Fotolar

!Reklam – Yazi

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları mülkiyyət əleyhinə olan, xüsusən fərdi yaşayış evlərindən oğurluq edən şəxslərə qarşı uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Yeniçağ.az xəbər verir ki, əməliyyat nəticəsində bu cinayətləri törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini – Vaqif Səfərov və Xaçmaz rayon sakini Elturan Vəlibəyov saxlanılaraq məsuliyyətə cəlb edilib. İlkin ifadə zamanı dəstə üzvləri Sumqayıt şəhəri Yaşıl Dərə yaşayış massivində yerləşən 4 həyət evindən məişət əşyaları oğurladıqlarını etiraf ediblər. Saxlanılan şəxslər oğurladıqları məişət əşyalarını Sumqayıt şəhəri ərazisində əvvəldən tanıdıqları və razılığa gəldikləri bir nəfərə dəyər-dəyməzinə satdıqlarını və əldə etdikləri pulları aralarında böldüklərini bildiriblər.

Qeyd edək ki, saxlanılan hər iki şəxs əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıblar və onlar cəzaçəkmə müəssisəsində tanış olublar. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq oğurluq məişət əşyalarını V.Səfərov və E.Vəlibəyovdan alan Sumqayıt şəhər sakini Məhəmməd Qurbanov da saxlanılaraq məsuliyyətə cəlb edilib.

M.Qurbanov aldığı əşyaların oğurluq olduğundan əvvəlcədən məlumatlı olub. Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yeniçağ.az

www.yenicag.az

880
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv