Evli kişilər subaylardan daha sağlamdır

Evli kişilər subaylardan daha sağlamdır

Müəllif: Redaktor

Editor

evli_wedding_2605230bAilə kişilərin sağlamlığının qorunması baxımından “ən fundamental” dəstəkdir.

Bu barədə Diabetin öyrənilməsi üzrə Avropa Assosiasiyasının Münhendə keçirilən toplantısında Yokohama Universitetinin (Yaponiya) alimləri öz tədqiqatlarının nəticələri əsasında bildiriblər.

Tədqiqatçılar ikinci tip diabet xəstəliyi olan təxminən 65 yaşlı 270 insan üzərində təcrübə aparıblar. Onlardan 90 nəfəri subay, 180 nəfəri isə nikahlı kişilər olub. Tədqiqat iştirakçılarının bədənlərinin çəkisini ölçülüb.

Məlum olub ki, evli kişilər subaylara nisbətən 50 faiz az artıq çəkidən əziyyət çəkirlər. Onlarda piy toxumalarının miqdarı orta hesabla 18,9 kiloqram təşkil edir ki, subaylarda bu göstərici 23,5 kiloqrama çatır.

Bundan başqa, aydınlaşıb ki, ailəsi olan kişilər daha az metabolik sindroma meylli olurlar – onlarda şəkərli diabet, yüksək qan təzyiqi və piylənmə daha az müşahidə olunur.

“Evli kişilərin arasında bu qanunauyğunluğu onunla izah etmək olar ki, ehtimal ki, onlar daha sağlam qidalanırlar, lazımi preparatları qəbul edirlər və xəstələnəndə həkimə müraciət edirlər. Tərəfimizdən əldə olunan nəticələr onu göstərir ki, tək, subay kişilərə dəstək göstərmək lazımdır”, – deyə tədqiqatının rəhbəri həkim Yosinobo Kondo bildirib.(virtualaz)

Maraqlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti