yenicag.az
yenicag.az

Evli qadına zəng edən kişi bıçaqlandı – Bakıda

Evli qadına zəng edən kişi bıçaqlandı – Bakıda

Müəllif: Redaktor

Editor

Bakının Binəqədi rayonunda 35 yaşlı kişi bıçaqlanıb.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yeni Yaşayış massivində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Cumayev Sahib Rafiq oğlu yaşadığı evin yaxınlığında belinin arxa nahiyəsindən iki bıçaq xəsarəti alıb. O, ağır xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Məlumata görə, S.Cumayev səhvən evli qadına zəng vurub. Onun bu zənginə qadının həyat yoldaşı cavab verib. S.Cumayev isə yaşadığı evin ünvanını söyləyib. Qadının həyat yoldaşı tanışları ilə birlikdə onu evdən çölə çağırıb. S.Cumayevin üzünə bir sillə vurulub, qadının əri isə ona bıçaqla xəsarət yetirib.

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti