Evlilik verilişləriylə bağlı ciddi qərar

Müəllif: Redaktor

Editor

89293_b9be2g0tdmEsra Erol, Seda Sayan və Zuhal Topalın ayrı-ayrı kanallarda aparıcılıq etdiyi evlilik proqramları ilə bağlı “RTÜK” yeni qərar alıb.

Verilişlərlə bağlı ciddi qərar qəbul ediləcəyi bildirilib.

Qalmaqalların əskik olmadığı və insanların tez-tez şikayət etdiyi proqramlarda dəyişikliklər ediləcək.

Bir çoxları verilişlərin yayımının dayandırılmasını tələb etsə də, “RTÜK” belə bir hüquqa sahib olmadıqlarını bildirib. Bunun əvəzinə yeni mövsümdən evlilik verilişləri ciddi nəzarətə götürüləcək. Etiq qaydaların pozulduğu nəsə aşkarlandıqda, onu yayımlayan kanala cəza tədbiq ediləcək.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır