!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əvvəllər bakalavr və magistr pilləsi arasında əlaqə və uyğunluq yox idi” – Təhsil eksperti

!Reklam – Yazi

“Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə “Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, həmin qanunun 26.6-cı maddəsinə uyğun olaraq, ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəхslərin qəbulu qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat versin”

Bu sözləri Yeniçağ.Az-a Ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının olmayacağını şərh edərkən təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspert hesab edir ki, bu zamanında atılmış addımdır:

“Çünki ali məktəblərin bakalavr pilləsini bitirdikdən sonra yeni pillədə-magisrtaturada təhsillərini davam etdirən şəxlər yeniliklə qarşılaşmırdılar. Onlar çətin imtahan prosesindən sonra qəbul olduqları magistraturada heç bir inkişafa nail olmurdular. Bakalavr və magistr pilləsi arasında əlaqə və uyğunluq yox idi. Təhsilin keyfiyyətli, səmərəli və davamlı olması üçün bir çox şərtlər mövcuddur. Buraya cəmiyyətin tələbatına görə dövlət standartları əsasında optimal müəyyənləşdirilmiş məzmun, çevik qiymətləndirmə modelləri, peşəkar pedaqoji heyət, əlverişli maddi-texniki baza və sair daxildir. Lakin bütün bu amillər olduqda belə, təhsil pillələri və səviyyələri arasında varislik prinsipi üzərində qurulmuş dialektik bağlılıq təmin edilməzsə, keyfiyyət və səmərəliliyin reallığa çevrilməsində boşluqlar yaranar. Eyni zamanda varisliyin yaradılmasına yalnız nəticələrin bir-birini izləməsi və tamamlaması prosesi kimi də baxmaq düzgün olmazdı. Varislik ilk növbədə inkişafa xidmət etməli, hər hansı bir nəticə özündən əvvəl gələnin mahiyyətcə zənginləşməsinə və əhatə dairəsinin genişlənməsinə yönəlməlidir. Bu mənada təsadüfi deyil ki, varislik “Təhsil haqqında” qanununda, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi təsbit olunub”.

Qeyd etmək lazımdır ki, varislik prinsipinə iki yanaşma mövcuddur:

“Birinci yanaşma ondan ibarətdir ki, tətbiq edilən təhsil proqramları, məzmun pillədən pilləyə, səviyyədən səviyyəyə inkişaf etməli və biri birini tamamlamalıdır. Digər yanaşma birincidən heç də az əhəmiyyət kəsb etməyən, lakin əksər hallarda kölgədə qalan bir məsələ ilə bağlıdır. Belə ki, bir pillədən digər pilləyə, bir səviyyədən digər səviyyəyə keçid zamanı əvvəlki pillə və səviyyələrdə qazanılmış bilik, bacarıq və nəticələrin nəzərə alınmaması, keçid prosesində müşahidə edilən problemlər məni daim düşündürən və narahat edən məsələlərdir. Ölkəmizdə ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir. Azərbaycanın ali təhsil müəssisələrində mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı üç səviyyəlidir: bakalavriat; magistratura; doktorantura. Ali təhsil pilləsinin bakalavriat səviyyəsinə keçid həm ümumi təhsil, həm texniki-peşə, həm də orta ixtisas təhsili pillələrindən nəzərdə tutulub”.

Ekspert bildirir ki, keçid prosesində varislik məsələləri hələ də tam həllini tapmayıb:

“Ümid edirəm ki, “Təhsil haqqında” qanunun icrası istiqamətində yaradılacaq normativ-hüquqi baza bu sahədə olan problemlərin aradan qaldırılmasına zəmin yaradacaq. Bu sahədə məni narahat edən daha bir problem ondan ibarətdir ki, ali təhsilə girişdə ciddi qəbul prosedurları nəzərdə tutulur və seçim aparılır. Ali məktəbdən çıxışda isə bu işə nəzarət arxa plana keçir. Ötən illərdə ali təhsil müəssisələrini bitirənlərlə bağlı aparılan təhlillər göstərir ki, qəbul olunanların 100 faizi ali təhsil müəssisələrini bitirirlər. Dünya təcrübəsində isə məhz çıxışda ciddi nəzarət mexanizmləri tətbiq edilir və nəticə də qəbul olunanların 60-70 faizi mütəxəssis kimi təhsil sənədi almağa müvəffəq olurlar”.

Hesab edirəm ki, ali təhsil müəssisələri bu məsələyə diqqəti artırmalı, yalnız müvafiq standartlar səviyyəsində kompetensiyalar əldə etmiş məzunlara təhsil sənədinin verilməsini təmin etməlidirlər:

“Bu hal keyfiyyətin yüksəldilməsinin qarantı olmaqla yanaşı, ali məktəblərimizin reytinqinin yüksəlməsinə də öz müsbət təsirini göstərərdi. Yetkin və fəal həyat mövqeyinə malik şəxsiyyətin yetişdirilməsi üçün təhsil səviyyələri ilə bərabər, təhsil pillələri arasında da varisliyin təmin edilməsi zəruri tələbat kimi meydana çıxır. Pillələrarası varislik, hər şeydən əvvəl, təhsil proqramlarının (kurikulumların), bunların vasitəsilə reallaşdırılan nəticə və dəyərlərin varisliyidir. Lakin elmi-pedaqoji cəhətdən əsaslandırılması heç bir mübahisə doğurmayan bu müddəanın həyata keçirilməsi sahəsindəmövcud olan boşluqlar bütövlükdə təhsilin keyfiyyətinə, son nəticədə mütəxəssis hazırlığına mənfi təsir göstərir. Bilirsiz, 2005-ci ildən Baloniya prosesi tətbiq olur. Amma istənilən nəticəyə ali məktəblər hələ də nail ola bilməyib. Hesab edirəm ki, magistr pilləsinə qəbulda təkmilləşmələrin aparılması bu pillədə ciddi dəyişikliklərə səbəb olacaq. Bakalavr ali təhsildir. Magistr isə elmi fəaliyyət üçün hazırlıq pilləsi qəbul olunur. Təəssüf ki, biz bunu düzgün başa düşmürük. Bundan əlavə bizdə kolleclər, texnikumlar fəaliyyət göstərir. Əgər biz bakalavr təhsilini belə aşağı qiymətləndiririksə, bəs kolleci bitirənlər nə düşünməlidir? Ölkədə elə bir vəziyyət yaranıb ki, bakalavr təhsili olanları işə götürmürlər. Gələcəkdə artıq bu kütləvi hal alacaq. Ona görə də islahatlar aparılarkən diqqətli olmaq lazımdır”.

Qeyd edək ki, Azərbaycanda ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə qəbulla bağlı yeni qaydalar hazırlanacaq. Ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı olmayacaq.

Gülnarə Eynullaqızı
Yeniçağ.Az

www.yenicag.az

2836
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv