124411_res_01Yanvarın 7-də Bakıda dolların məzənnəsi yenidən yüksəlib.

Şəhərin mərkəzindəki valyutadəyişmə məntəqələrində dolların məzənnəsi yanvarın 6-a nisbətən kəskin artıb. Belə ki, hazırda məntəqələrdə ABŞ dolları 1,6-1,63 manata alınır, 1,70-1,72 manata satılır.

Dünən isə dolların alış qiyməti 1,61 manat, satış qiyməti 1,64 manat idi.

Paralel olaraq avronun məzənnəsi də yüksəlib. İndi Avropa valyutasının alış qiyməti 1,72 manat, satış qiyməti 1,86 manat təşkil edir. Dünən isə avro 1,71 manata alınıb, 1,77 manata satılırdı.

Əvəzində valyutadəyişmə təntəqələrində rus rublu ucuzlaşıb. Hazırda 100 rubl 2 manat alınır, 2,2 manata satılır. Dünən isə 100 rubl 2,32 manata alınır, 2,45 manata satılırdı.(fins)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."