!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Expressbank” işçi axtarır – VAKANSİYA

!Reklam – Yazi

“Expressbank” informasiya texnologiyalari departamentinin direktor müavini vəzifəsinə işçi axtarır.

Yenicag.Az-ın məlumatına görə, ali təhsilli (texniki və/və ya idarəetmə ixtisası üzrə), informasiya texnologiyaları sahəsində 5 ilə qədər iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər:

Tələblər:

– Ali təhsil (texniki və/və ya idarəetmə ixtisası üzrə);
– İnformasiya texnologiyaları sahəsində 5 ildən az olmayan iş təcrübəsi;
– İT strateji planlaşdırılması üzrə təcrübə;
– Kompleksli layihələrin və çox milliyyətli qrupların idarə edilməsi üzrə təcrübə;
– Bankın əsas istiqamətli fəaliyyətləri (kreditlər, kassa və pul köçürmələri, depozit və s.) haqda dərin bilik;
– Müqavilələrin bağlanılması, danışıqların aparılması üzrə təcrübə;
– Uğurla icra olunan və mövcud layihələrin olması;
– Mükəmməl təşkilatçılıq qabiliyyəti, planlaşdırma və idarəetmə qabiliyyəti;
– Azərbaycan, rus və ingilis dillərində səlis danışıq bacarığı;
– Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
– Liderlik qabiliyyətinin olması.

Öhdəliklər:

– İT departamentin fəaliyyət strategiyasının hazırlanması və onun inkişafının, daha proqressiv bank texnologiyaları, proqram və metodikaların tətbiqinin təmin edilməsi;
– İnformasiya xidmətləri bazarının tədqiqinin və təhlilin həyata keçirilməsini təmin edilməsi;
– Məlumat bazası və onlara giriş mexanizmlər strukturunun layihələndirilməsinə, mövcud sistemlərlə işlərin reqlamentinin hazırlanması və təmin edilməsi, informasiya-analitik sistemlərinin funksionallaşdırılmasını təmin etmək üçün mümkün məlumat mənbələrinin tədqiqi, İnformasiya təhlükəsizliyinin təmin olunması konsepsiyasına uyğun olaraq, müdafiə sisteminin təmin olunmasının planlaşdırılması üzrə rəhbərliyi həyata keçirilməsi;
– Layihələrin icrası üzrə nəzarətin həyata keçirilməsi;
– Layihələrin dəyərləndirməsi (tələblərin müəyyənləşdirilməsi, icra müddətinin dəyərləndirilməsi, texniki tələblərin hazırlanması);
– Layihə planları və büdcəsinin icrası üzrə, müvafiq hesabatların hazırlanmasının və onların ali rəhbərliyə təqdim olunması üzrə mütəmadi monitorinqin həyata keçirilməsi;
– İT infrastrukturu və ya onun elementinin funksiyalaşdırılmasının yüksələn effektivliyinə dair yeni metod və qərarların hazırlanması.

Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub [email protected] ünvanına göndərə bilərlər. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək.

Namizədliyiniz üzrə müvafiq vakansiya yarandığı halda İnsan Resursları şöbəsinin əməkdaşları qısa zaman ərzində Sizinlə əlaqə saxlayacaqlar.

Yenicag.Az

www.yenicag.az

929
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv