!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əyalət məmurlarının “sahibkar-kredit” oyunu

!Reklam – Yazi

dollarkreditcredit-e1450852449758-300x188Məlum olduğu kimi, dünyanı ağuşuna almış iqtisadi krizis aparıcı dövlətlərin iqtisadi dayanıqlığına ciddi təhlükə törədib. Dünya bazarında neftin ucuzlaması, manata nisbətən ABŞ dollarının gözlənilməz artım sıçrayışı ölkəmizdə də problemlər yaradıb. İndi neft gəlirlərindən daxilolmalar əhəmiyyətli şəkildə azalıb, yeganə çıxış yolu isə sahibkarlığa dəstək verməklə yerli istehsalı gücləndirməkdir.

Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev 2016-cı ilin iqtisadi islahatlar ili olduğunu, yerli istehsala maksimum dəstək veriləcəyinin anonsunu verib. Prezident çıxışlarında açıq şəkildə bəyan edir ki, artıq neft və qazı unudub, yerli istehsalı gücləndirməyin vaxtı çatıb.

Bu məqsədlə isə ardıcıl tədbirlər planı həyata keçirilir. Ardıcıl olaraq rayonlarda sahibkarlarla görüşlər keçirilir, hər rayonun spesifikasına uyğun olaraq biznes planlar işlənib hazırlanır, sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi cızılır. Yaxın zamanlarda bütün bankların iri və orta sahibkarlığa dəstək məqsədilə güzəştli kredit kampaniyasına balayacağı gözlənilir. Amma deyəsən bud a bəzi məmurlar üçün qazanc fürsəti kimi görünür.

Hər halda Sabash.org-a Yardımlı rayonundan daxil olan informasiya yerli məmurların sahibkarlığa yaradılan şəraitdən öz mənfəətləri üçün istifadə etməyə hazırlaşdıqlarını düşünmək üçün əsaslar yaradır.

Daxil olan informasiyada bildirilir ki, Yardımlı rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkşafın təhlili və proqnozlaşdırma şöbəsinin müdiri Mahir Mirzəyevin “böhran planı” ona xeyli qazanc gətirə bilər. Belə ki, Yardımlıda öz komandasını formalaşdırmağa nail olmuş Mahir Mirzəyev faktiki olaraq rayonun əsl sahibinə çevrilib. Onun Yardımlıda sahibkarlara ayrılacaq güzəştli kreditləri mənimsəmək üçün atdığı addımlar isə yalnız heyrət doğurur. Mənbəmiz iddia edir ki, Mahir Mirzəyev indidən ən yaxın qohumlarının və adamlarının adına kiçik müəssisələr, MMC-lər təsis edərək onları “uzun illərin əzabkeş sahibkarları” kimi təqdim edir. Məqsəd isə aydındır, sahibkarlar üçün nəzərdə tutulmuş güzəştlərdən yararlanmaq və Yardımlıda irili-xırdaklı bir neçə müəssisə təsis etmək.

Məlumatda bildirilir ki, icra başçısı Sevindik Hətəmov prosesdən xəbərdar olsa da baş verənlərə təsir etmək gücündə deyil. Mahir Mirzəyevin artıq rayonda ciddi gücə çevrildiyini iddia edən mənbəmiz bildirir ki, onun yaxın qohumlarının rayonda “açar vəzifələri” tutub.

Bu baxımdan yalnız bircə faktı xatırlatmaq kifayətdir ki, Yardımlı RİH başçısının daha bir müavini Elçin Mirzəyev eyni zamanda Mahir Mirzəyevin dost-doğma əmisi oğludur. Onun kənd təsərrüfatı sahəsinə nəzarəti həyata keçirdiyi bildirilir. Onun Mahir Mirzəyevlə şərikli hektarlarla əkin sahələrinə sahib olduğu da daxil olan məlumatlar arasındadır. Bundan başqa Mahir Mirzəyevin heyvandarlıq təsərrüfatları da Elçin Mirzəyevin nəzarəti altındadır. /savash.org

Yazıda adı çəkilən şəxslərin mövqeyini yayımlaya bilərik.

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv