www.sinerjipro.net

SinerjiProWide
Reklam

Albert Eynşteynin xoşbəxt həyat reseptinin yazıldığı qeyd satılıb.

Yenicag.az xəbər verir ki, qeyd Qüdsdə keçirilən hərracda 1,56 milyon dollara alınıb. Qeydi alan şəxsin kimliyi isə açıqlanmır.

Qeyd edək ki, Eynşteyn sözügedən qeydi 1922-ci ildə Tokio otelinin kuryerinə bəxşiş kimi verib. Məsələ burasındadır ki, həmin vaxt nisbilik nəzəriyyəsinin müəllifinin bəxşiş verməyə pulu olmayıb. Bunun əvəzində o, kuryerə “Imperial Hotel Tokyo”nun loqotipi olan bloknotun vərəqini verib. Vərəqdə isə yazılmışdı: “Sakit və qənaətcil həyat uğurlar arxasınca daim narahatlıqla müşayiət olunan qaçışdan daha çox xoşbəxtlik gətirir”.

Eynşteynin yazdığı ikinci qeyddə isə  “Harada iradə varsa, orada vasitə də var” yazılıb. “Vinners” hərrac evinin məlumatına görə, bu qeyd 240 min dollara satılıb.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4644
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."