Yazı İçi 468×60

fors-majorHər şeydən əvvəl ondan başlayaq ki, bu günlərdə sosial şəbəkələrdə yayılan video kifayət qədər böyük müzakirə doğurdu.

Təqdimat formasına toxunmadan yayılan informasiyanı təqdim edirik:

“İsrail əsgərinin güllələdiyi 18 yaşlı fələstinli qızın görüntüləri yayıldı” və ya “Hicabını açmadı, güllələndi” kimi başlıqlar böyük İP toplamaqla rekord qırdı.

Məqsədindən asılı olmayaraq, xəbəri tirajlayan informasiya xidmətləri İsrailin tənqid olunmasında böyük “pay” sahibi oldular.

Əslində nə baş vermişdi?

“Hevron şəhərindəki nəzarət-buraxılış məntəqələrindən birində yəhudi hərbçilərlə polis gənc tələbə qızı saxlayıblar.

Qara çadrada olan tələbə qıza “üzünü aç, simanı görək” deyilib. Və onun sərhədd xəttində nə etməsini aşkarlamağa çalışıblar. 18 yaşlı qız isə “İslam qadına naməhrəm kişilərin qarşısında üzünü açmağı yasaqlayıb, məni günaha vadar etməyin” söyləyib.

Əsgərlər israr ediblər. Onlar avtomatlarını 18 yaşlı Hədel Əl Həşlamuna tuşlayıblar.

Belə halda Hadel və qarşısında duran polisi sinəsindən itələyib.

Yaxınlıqdakı əsgərlərin ikisi də atəş açaraq, 18 yaşlı tələbə qızı güllələyib”.

Xatırladaq ki, istintaq videogörüntü ilə müəyyən edib ki, çadralı gənc qız dialoqdan sonra çatnasından bıçaq çıxararaq hücum edib.

Bu formada yayılan xəbər bütün Azərbaycan mediasını başına götürdü.

İsrail-ərəb münasibətində üçüncü bir ölkə kimi bizim bu məsələyə nə birbaşa nə də dolayısı ilə dəxlimiz yoxdur, amma təqdimat bütün təhlildənkənar formalarda İsraili qınaq obyektinə çevirdi.

Və bizim saytın rəsmi səhifəsinin mesaj yerinə İsraildən çoxlusayda müraciətlər göndərildi.

Hamısı da müqayisələrlə dolu, incik ruhda…

Onlardan bir neçəsini təqdim edirik:

“Hər dəfə təkrarən yazıları oxuyanda, əsəbimdən partlayıram, mənə deyin, Azərbaycan əsgəri sərhəddə üzübağlı, qadın və ya kişi görsə, hansı addımı atacaq, üzündən öpüb evinə yola salacaq, yoxsa, gülləni bu adamın alnını ortasına sıxacaq.

Ərəblər (Burda məhz Fələstin nəzərdə tutulur) hər gün tədbir keçirir, ermənilərin “günahsızlığını” dünyaya bəyan edirlər, amma insanların (sizin) dünyadan xəbəri yoxdur, ərəblərin tərəfini tuturlar.

Ərblər hər gün sərhəddimizə bomba atır, İsrail terroristlər əlehinə əməliyyat keçirəndə, mülki əhaliyə xəbərdarlıq edir, terrorçular isə bunun əvəzində mülki insanları küçələrə tökür.

Niyə görmürlər ki, İsrail əməliyyatla yanaşı, ambulansları küçələrə salıb, yaralı ərəbləri xəstəxanalara daşıdır. Onlara tibbi yardımla yanaşı, ərzaq yardımı da edilir.

Ərəbləri öldürmək istəsəydilər, elə güllə yaralarından qırılardı, kömək edilməzdi.

Onların bircə istəkləri var, İsraili yer üzündən silmək. Biz uşaqlarımızı məktəbə, bağçaya oxumağa göndəririk, onlar ayaqlar altına atıb, günahını İsrailə yükləyirlər”.

Başqa bir İsrail sakini belə yazır:

“Yəhudiləri təhqir edirlər, İsraildə 15 min azərbaycanlı yaşayır. Az qala, hər ailədə bir azərbaycanlı bağlılığı var.

Bu yazılan təhqirlər bizə pis təsir edir.

Biz İsraildə AZİZ diasporunun (İsrail-Azərbaycan diasporu) üzvləri ilə hər il 20 yanvar qırğınını, Xocalını, ermənilərin azərbaycanlıları qırdığını bəyan edib, dünyaya çatdırırıq.

Mən üç qız anasıyam, böyüyüb əsgər gedəcəklər, İsrail uğrunda döyüşəcəklər. İsrail əsgəri bir ərəb öldürür, amma ərəb terrorçisi onlarla yəhudini öldürür, hər kəs susur. Dünyanın, eləcə də azərbaycanlıların da çoxunun xəbəri yoxdu ki, burda nələr baş verir, çünki İsrail bunu dünyaya car çəkmir”.

Və sonuncu bir mesaj:

“Yazıların başlığı belədir, İsrail əsgəri 18 yaşlı müsəlman qızı güllələdi”. İçərisində isə yazılır ki, qız günahsız imiş.

18 yaşlı qızın sərhəddə nə işi vardı, 18 yaşlıq qızın çantasından niyə bıçaq çıxır və əsgəri niyə bıçaqlamalı idi?

Əgər düşmən çadrada və bıçaqla üstünə gəlibsə, nə etməlisiniz?

Axı bu cür antitəbliğat niyə gedir?

Yoxsa, dünya bilmirmi ərəb terroru nəyə qadirdi?”

Yuxarıdakı mesajları oxudunuz:

Bir neçə maraqlı məqamı çıxardaq:

İsrail Qarabağ müharibəsində Azərbaycanın yanındadır;
Düşmənə qarşı necə davranmalı;
Azərbaycan diasporu və İsrailin birgə fəaliyyəti;
Azərbaycanlılar soyqırıma məruz qalan xalqdır;
İsrail ərəbə qarşı necə davranırsa, Azərbaycan erməniyə qarşı o cür yanaşmalıdır praktikası;
İnformasiya savaşında kimin haqlı olduğu mövzusunda uduzuruq;
Əslində necədir;
Maskalanmış obyektə qarşı necə davranmalı;

Haqlıdırlar deyilmi?

Gözəgörünməz qüvvələrin təsiri ilə Azərbaycana aid olmayan İsrail-Fələstin məsələsində bəzi azərbaycanlıların ərəb mövqeyini israrla dəstəkləməsi bəzən praqmatizmin öldüyündən xəbər verir:

Elə isə, Fələstinin kimliyi və Azərbaycana nə cür “xidmət etdiyi” haqda bəzi xatırlatmalar verək:

“Biz bir şeyi xatırlamalıyıq ki, I Qarabağ müharibəsində Azərbaycana qarşı tək ermənilər vuruşmayıblar. Azərbaycan ordusuna qarşı vuruşan ASALA-nı əsasən hansı millətin nümayəndələri təşkil etdiyini bilirik. Həmçinin “Daşnaksütyun”, “Qnçak”, “Dro”, “Erməni Milli Gənclər Təşkilatı”, “Erməni Avropa Təşkilatı”nda ermənilərdən çox orada başqa millətin nümayəndələri var. Qarabağda Azərbaycana qarşı vuruşanların arasında ermənilərdən çox ərəb (müsəlman və xristian), kürd (əsasən yezidi və xristian), Ukrayna, Latviya, Litva və Rusiyadan tutlmuş muzdlu hərbçilər olub. İndiki məqamda da Azərbaycan çoxmillətli böyük beynəlxalq terror qruplaşması ilə üz-üzə dayanıb. Ermənistan da məhz həmin qüvvələr tərəfindən idarə olunur. Ermənistan dövlət deyil, oyuncaq qurumdur, “sayqon rejimi” kimi bir strukturdur”.( Link burda: http://www.olaylar.az/news/politics/42558/).

“Amma bunlar fakt idi. Çünki ermənilərin dörd tərəfində ruslar və zəncilər, Suriyadan gələn ərəblər döyüşürdü”( Avropa.info).

Və daha bir neçə məsələyə göz ataq:

Qarabağda xalqımızın qanını axıdan ASALA və digər törəmə təşkilatlar 60-cı illərədən etibarən, Fələstin gerilla düşərgələrində(Fələstin ərazisi, Livan, Suriya) erməni fədailəri təlim almağa başladı.

1991-ci ildə Azərbaycan Qarabağ savaşına müstəqil ölkə kimi daxil olanda Ermənistanın artıq ordusu var idi və erməni fədailərinə qoşularaq Qarabağa gələn ərəb gerillaları sinəmizə sağalmaz yaralar vurdular.

Bunlar müsəlman idilər. Ermənidən daha artıq erməni çıxdılar.

Elə isə bir də İsrailin Azərbaycanla bağlı siyasətinə nəzər yetirək:

Dünyada “erməni soyqırımı” məsələsinin qarşısını alan yeganə gücdür, dünya türk diasporunun əsas müttəfiqidir.

Azərbaycanın ən əhəmiyyətli hərbi tərəfdaşıdır.

Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bərpa olunması ilə bağlı dünyada- Avropa və ABŞ –da mühüm tədbirlərdə bizimlə birgə çıxış edir.

Hər il ərəb ölkələrindən fərqli olaraq, İsraildə Xocalı, 20 yanvar qırğını, kədərimiz və sevincimiz birgə və daha geniş formada qeyd olunur.

Elə isə informasiyaları təhil etmədən, mahiyyətinə varmadan kimi ittiham ediriksə, fərqinə varmalıyıq.

Dünya dost, tərəfdaş və maraq dünyasıdır.

Beynəlxalq tribunalarda sözümüzə nüfuzlu dəstək daha önəmlidir.

Adını müsəlman qoyub, Ermənistana ərzaq, ordu, silah yollayan İslam dövlətindənsə, İsrailin prakiti fəaliyyəti və dostluğu daha önəmlidi(atv.az).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 60
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."