www.sinerjipro.net

SinerjiProWide
Reklam

Mütəxəssislər tərəfindən “Facebook Messenger”də aşkar edilmiş təhlükə istifadəçiləri zərərverici proqram təminatını quraşdırmağa məcbur edir.

Yenicag.Az “Azərtac”-a istinadən xəbər verir ki, hakerlər istifadəçilərin hesablarına müdaxilə edərək onun dostlarına link göndərirlər. Həmin linkə keçid edən istifadəçi videodan ibarət səhifəyə, daha sonra isə brauzerdən asılı olaraq saxta sayta daxil olur. “Windows” əməliyyat sistemində “Mozilla Firefox” brauzerindən istifadə edən istifadəçilərə “Flash Player” yenilənməsi bəhanəsi adı altında zərərverici fayl yükləmək təklif edilir.

“Google Chrome” brauzerinin istifadəçiləri “YouTube”u xatırladan sayt görürlər. Onun üzərinə klik etdikdə yüklənilən genişlənmə öz növbəsində təhlükəli proqram təminatını yükləyir.

Həmçinin “Linux” və “MacOS” əməliyyat sistemlərinin istifadəçiləri təhlükə altındadırlar.

Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 167
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."