!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Facebook” oyun “oynayır” – tez bunu edin – VİDEO

!Reklam – Yazi

photo_48817Rabitə və yüksək texnologiyalar nazirliyinin hesablamalarına əsasən ölkə əhalisinin 73% internet istifadəçisidir. Təbii ki, müasir dövrün tələblərinə uyğun olaraq sosial şəbəkədən istifadə edənlərin sayı getdikcə artmaqdadır. Bəzi hesablamalara görə, hazırda Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı bir milyondan çoxdur. Bu mənada sosial şəbəkələrdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmək əsas şərtdir. Məsələn, “facebook”da ən çox rast gəlinən problemlərdən biri hesabların oğurlanmasıdır. Bunun üçün Facebook hesabınızın təhlükəsizliyi üçün ən vacib əməliyyatlardan biri “xəbərdarlıq mesajının göndərilməsi xidmətidir”. Belə ki, facebook-dan qeydiyyatdan keçən zaman ilk olaraq hesabınızı mobil nömrə ilə əlaqələndirməyiniz tövsiyyə olunur.

Həmin kodu açılan pəncərəyə daxil etdikdən sonra, hesabınıza əvvəllər daxil olmadığınız kompyüter və mobil qurğulardan daxil olunduqda mobil nömrənizə bu barədə mütəmadi xəbərdarlıq mesajı gələcək. Bununla da kənar şəxslərin hesabınıza hansı qurğulardan və nə vaxt daxil olduğunu dərhal biləcəksiz. Sosial şəbəkə istifadəçilərini narahat edən daha bir məsələ isə səhifələrdə spam və virusların yayılmasıdır. Belə ki, adınızdan löhvənizdə paylaşımlar edilirsə dərhal müvafiq bölmədən şifrənizi dəyişin. Şifrənizi dəyişdikdən sonra adınızda yenə də sizə aid olmayan paylaşımlar edilirsə, indi təqdim edəcəyimiz təlimatlara əsasən, həmin paylaşımları edən proqramları tapıb silin.

Bunun üçün yənə də “tənzimləmələr” bölməsini seçin və “Proqramlar”a daxil olun. Proqramların adlarının sağ tərəfində “sil” əmrini seçin. Bu yolla həmin proqramdan birdəfəlik çıxmış olacaqsız. Hər ehtimala qarşı, işlətdiyiniz brauzer proqramının jurnal bölməsində “history” bölməsini seçib kompüterin keşini təmizləyin. Facebook hesabınız yaradıldığı andan indiyə qədər sosial şəbəkədə yerləşdirdiyiniz bütün məlumatları – paylaşdığınız şəkillər, mesajlar, dostluq siyahınızda olan şəxslər, habelə hesabınıza nə zaman və hansı İP ünvandan daxil olunduğu haqqında mövcud materialları birdəfəlik əldə etmək imkanınız da var. Bunun üçün “tənzimləmələr” bölməsində “üz köçürməsini endir” əmrini seçin. Sonra “Download archive” bölməsinə daxil olun və təhlükəsizlik üçün şifrənizi daxil edin.

Beləliklə, qeydiyyatdan keçdiyiniz elektron ünvanınıza bir neçə dəqiqədən sonra həmin məlumatlara daxil olmaq üçün keçid göndəriləcək. Həmin keçid vasitəsil ilə hesabınız barədə bütün məlumatları kompüterinizə arxiv faylı şəklində endirmək mümkündür. Bu fayl sizin Facebook hesabınızla bağlı əhəmiyyətli məlumatları əldə etmək imkanı verəcək(Atv).

www.yenicag.az

660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv