“Facebook” səhmdarları Mark Zukerberqi məhkəməyə verdilər

Müəllif: Redaktor

Editor

18542-1604141132251e“Facebook” CEO-su Mark Zukerberq şirkət üstündəki idarəetməni itirmədən öz səhmlərini satmağın yollarını axtarır.

O, bunu ABŞ hökumətində vacib yer tutmaq üçün edir. Bu barədə nüfuzlu Bloomberg portalı məqalə hazırlayıb. Portal bildirib ki, o, Mark Zukerberq ilə şirkətin direktorlar şurasının üzvü Mark Andreessen arasındakı ismarıcı ələ keçirdib.

Yenicag.az “Technote.az”-a istinadən xəbər verir ki, Mark Zukerberq səhmləri 3 növə bölməyi təklif edib. Onlardan biri sahibə səsvermə hüququ verəcək, digər ikisi isə verməyəcək. Direktorlar şurasının üzvləri hesab ediblər ki, beləliklə Mark şirkətdəki nüfuzunu artırmaq istəyir. Məhz bu səbəbdən onlar Markı məhkəməyə veriblər.

İttihamda qeyd olunub ki, guya Mark Andreessen, “Facebook” CEO-suna daxili məlumatlar bildirərək komitetin digər üzlərinə təzyiq göstərməkdə Marka köməklik edib. Zukerberqin özü isə bildirib ki, səhmlərin yeni növləri, şirkət üzərində idarəetməni itirmədən özünün Chan-Zuckerberg Initiative adlı xeyriyyə fondunun dəstəklənməsi üçün vəsaitlərin toplanması baxımından lazımdır. Bununla belə jurnalistlərin aldıqları məlumata əsasən, Mark Zukerberq ilə Mark Andreessen arasında olmuş söhbətdə ikinci tərəf Marka bildirib ki, əgər o hökumətdə yer tutsa, onda “Facebook”la vidalaşmalı olacaq.

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır