!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Facebook-un başı WhatsApp-a görə bəladadır

!Reklam – Yazi

faceAvropa Komissiyası, Facebook-un, WhatsApp-ı alarkən bəzi məlumatları gizlətdiyi iddia edir.

Hal-hazırda ən çox istifadə olunan və həmçinin sərfəli hesab olunan WhatsApp tətbiqi 2014-cü ildə Facebook tərəfindən 22 milyard dollara alınmışdı. Lakin şirkət tətbiqi alarkən WhatsApp istifadəçilərinin məlumatlarının iki şirkət arasında paylaşılacağını Avropa Komissiyasından gizləyiblər. Xatırladaq ki, AB, Avropada fəaliyyət göstərən böyük şirkətlərin birləşməsi və alınması ilə bağlı məsələlərə nəzarət edən qurumdur. Bu ilin avqust ayında WhatsApp istifadəçilərinin şəxsi məlumatlarının Facebook-la paylaşılacağı bildirildi.

Bu isə Avropa Komissiyasının bildirdiyinə görə AB-dən gizlədilib. Yəni iddialar arasında yer almayıb. Facebook nümayəndələri isə mövzu ilə bağlı hələ ki, heç bir açıqlama verməyib. Facebook-un bu iddialara 2017-ci il 31 yanvar tarixinədək cavab verməsi gözlənilir. Əgər Facebook lazimi açıqlama verməsə onda təqribən 170 milyon dollar cəza məbləği ödəməli olacaq.

AB-nin siyasət işləri üzrə nümayəndəsi Margrethe Vestagerin sözlərinə görə Facebook, WhatsApp-ı alarkən komissiyaya səhv və ya yanıldıcı məlumat verib. Buna görə də Facebook bu iddialara cavab verməlidir deyə bildirib.(Technote.az)

Yenicag.az

www.yenicag.az

594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv