“Facebook”da videoya off-layn da baxmaq olacaq

Müəllif: Redaktor

Editor

facebook_esas_4“Facebook” sosial şəbəkəsi istifadəçilər tərəfindən yüklənmiş video çarxlara off-layn baxılması funksiyasını tətbiq edəcək.

İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, bununla da aşağı sürətli internet qoşulmasına malik olanlar rahat vaxtda istədikləri videoya baxa biləcəklər. Bundan sonra onlar daha monitorun ekranı qarşısında faylın yüklənib qurtaracağını gözləməyəcəklər.

Bu funksiyanın sınaqlarına Hindistanda başlanacaq. İlk əvvəl bundan ancaq az sayda insanlar yararlana biləcəklər. Əgər texnologiya faydalı olarsa, o zaman “Facebook” bu funksiyanı dünyanın başqa regionlarında da işə salacaq. Bununla belə, əsas önəm inkişafda olan ölkələrə veriləcək.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır