!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Facebook”dan daha bir yenilik

!Reklam – Yazi

45878“Facebook” sosial şəbəkədə əsl adından istifadə etmək istəməyənlər üçün qaydaları yumşaltmağa hazırlaşır.

Dekabr ayından etibarən başqa adla profil sahibi olmaq istəyənlər əsaslı səbəb göstərərək bunu edə biləcəklər.

Qərar “Facebook”un inkişaf üzrə vitse-prezidenti Aleks Şults (Alex Schultz) tərəfindən ABŞ Vətəndaş Azadlıqları Birliyi (ACLU) və “Electronics Friontier Foundation” (EFF) adlı qeyri-hökumət təşkilatlarına məktubla bildirilib. Bu qurumlar ailədaxili zorakılıq qurbanları və LGBT nümayəndələri başda olmaqla, cəmiyyətdəki bəzi təbəqələrin öz kimliklərini gizləmək hüququnun təsbit olunması üçün “Facebook”a müraciət etmişdilər.

Sosial şəbəkənin rəhbərliyi bundan sonra öz qanuni adından istifadə etmək istəməyənlərdən bunu hansı səbəblə etmək istədiklərinə dair ətraflı məlumat istəyəcək. Saxta adlardan istifadə etdikləri üçün səhifələri qapadılanlar da əsaslı səbəb göstərəcəkləri təqdirdə, həmin səhifələri geri ala biləcəklər.(ikt.lent.az)

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv