Facebookun yaradıcısının varidatı açıqlanıb

Facebookun yaradıcısının varidatı açıqlanıb

Müəllif: Baş Redaktor

Baş Redaktor

13835Dünyanın ən böyük sosial şəbəkəsi Facebookun yaradıcısı Mark Zukerberq “Forbes”in ən zəngin İT iş adamlarının reytinqində üçüncü olub, amma il ərzində reytinqdə birinci yerdə qərarlaşmış Microsoftun həmtəsisçisi Bill Qeytsdən daha çox qazanıb. Bu haqda forbes.com resursu yazıb.

Zukerberq əvvəlki reytinqdə varidatının həcminə görə amerikalı İT iş adamları arasında altıncı olub, amma son ildə o, ən zəngin amerikalılar arasında daha çox qazanıb: Zukerberqin varidatı 15-dən 34 milyardadək artıb. O, hazırda 11-ci yerdə qərarlaşıb.

Ən zəngin İT iş adamlarının onluğu dəyişməz qalıb: reytinqdə birinci yerdə Bill Qeyts qərarlaşıb, o, eyni zamanda ABŞ-ın ən zəngin vətəndaşıdır. Oracleın həmtəsisçisi Larri Ellison İT iş adamları arasında ikincidir.

Forbesin ötənilki məlumatları ilə müqayisədə, hər iki top-menecerin varidatı 9 milyard (müvafiq olaraq 81 və 50 milyard dollar) dollar artıb. Amazonun təsisçisi Ceff Bezosun varidatı 30,3 milyard dollar məbləğində qiymətləndirilir ki, bu da 2013-cü illə müqayisədə 3,3 milyard dollar çoxdur. O, ən zəngin İT iş adamlarının reytinqində altıncı və ən zəngin amerikalıların siyahısında 32-ci yerdə qərarlaşıb.

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti