Faciə qurbanları məscidlərdə yad olunacaq

Müəllif: Redaktor

Editor

483ba07a8854761867b8b13f4c4ee8d0Bu günlərdə Azərbaycandakı bütün məscidlərdə “Günəşli” neft yatağında baş vermiş hadisə nəticəsində həyatını itirən neftçilərin xatirəsi yad olunacaq, onlar üçün Quran oxunacaq, dualar ediləcək.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bununla bağlı göstəriş verib.

Allahşükür Paşazadə ARDNŞ-nin Xəzər dənizində baş verən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib, ölənlərə rəhmət, xəsarət alanlara şəfa diləyib.

QMİ sədri bütün Azərbaycan xalqına və fədakar neftçilərin ailə üzvlərinə Allah-Təaladan səbir və məğfirət, yaralılara şəfa, xilasedicilərin işinə Uca Yaradanımızdan rəvac diləyir: “Allah Vətənimizi hifz etsin!”



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır