!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Faciədən 39 gün keçdi – “Günəşli” hələ də yanır

!Reklam – Yazi

gunesli20153112Ötən gün Xəzər dənizinin Türkmənistan sektorunda tapılan neftçi Qasımov Mübariz Dilqəm oğlunun cəsədi yaxın saatlarda ölkəmizə gətiriləcək.

Bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, “Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Dövlət Sərhəd Xidmətinin (DSX) 2 gəmisi Türkmənistan istiqamətində axtarışlar aparır.

Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və BP-yə məxsus 2 gəmi yanğının söndürülməsi ilə məşğuldur.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 10 nəfərin cəsədi tapılıb.

Hazırda itkin düşən neftçilərin axtarışı davam etdirilir.(Azvision)

www.yenicag.az

456
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv