yenicag.az

Faktiki hava şəraiti açıqlandı

Faktiki hava şəraiti açıqlandı

Müəllif: Redaktor

Editor

yagish_223azvisionAzərbaycan ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 25-i gündüzdən 26-sı səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə intensivləşib, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında:Lənkəranda 61, Astarada 57, Göytəpədə 35, Lerikdə 26, Yardımlıda 24, Rvarudda 14, Neftçalada 10, Kəlvəzdə 5 mm; Böyük Qafqazda:Əlibəy HMS-da 25.2, Zaqatalada 22, Nabran, Sarıbaşda 21, Qax, Balakəndə 15, Kişçay (Şəki), Oğuzda 14, Qəbələ, Şəkidə 10, İsmayıllıda 8, Altıağacda 5, Xaçmazda 4, Qubada 3, Xınalıq, Mərəzədə 2, Şabran, Şamaxıda 1 mm olub. Yağan leysan yağış nəticəsində Talaçayda, Kürmükçayda və Kişçayda sululuq artıb.

Qazax-Gəncə zonasında:Ağstafada 18, Tovuzda 14, Köçəsgər, Şəmkirdə 10, Ağdamda 8, Düz Qışlaq, Ceyrançöl, Dağ Kəsəmən, Ağdərədə 5, Gəncədə 4, Naftalanda 2 mm; Mərkəzi-Aran rayonlarında:Biləsuvarda 17, Salyan, Beyləqanda 9, İmişlidə 6, Tərtər, Göyçayda 4, Bərdə, Mingəçevirdə 3, Yevlax, Zərdabda 2, Kürdəmir, Sabirabad, Qazıməmməddə 1mm; Kiçik Qafqazda: Gədəbəydə 11, Daşkəsəndə 9, Göygöldə 8 mm; Naxçıvan MR-da: Ordubadda 15, Şərurda 14, Naxçıvanda 7, Ağdərədə 5, Şahbuzda 1 mm; Bakıda və Abşeron yarımadasında1-5 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Əlibəy HMS-da 30, Rvarudda 29, Lerikdə 28, Sarıbaşda 26, Kişçayda 16, Gədəbəydə 10, Daşkəsən, Altıağacda 8, Xınalıqda 7, Kəlvəz, Ağdərədə 6, Kükü (Şahbuz), Şahdağda 4, Göygöldə 3 sm olub.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti