!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Fars-molla rejimindən növbəti həyasızlıq – Bayrağımız təhrif olundu - FOTO,VİDEO

!Reklam – Yazi

Bildiyimiz kimi İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb. Ancaq yarış zamanı Azərbaycan bayrağına hörmətsizlik olunub.

Yeniçağ.az xəbər verir ki, hadisə Rusiya yığması ilə görüşdə Azərbaycan milli komandasının təqdimatı zamanı baş verib. Təşkilatçılar Azərbaycan bayrağı əvəzinə fərqli bayraq çıxarıblar. Belə ki, səkkizgüşəli ulduz və aypara mərkəzdən sola çəkilib, bayraqda iki ağ xətt təsvir olunub.

Bunu ilk olaraq Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev görüb. Belə ki, yarışın videosunu montaj edərkən bayrağın yanlış olduğunu sezən jurnalist bu barədə o dəqiqə federasiyanın rəsmilərinə və baş məşqçiyə xəbər verib.

Hadisə ilə bağlı ətraflı məlumatı qurum rəsmisi Yeniçağ.az-a danışıb:

“Məsələ ilə bağlı təşkilat komitəsinə yığmamızın baş məşqçisi Firdovsi Umudov sərt münasibət bildirdi.
Bildirdi ki, bayraq səhvdir, təcili dəyişdirilməlidir. Bundan sonra onlar üzrxahlıq etdilər və dedilər ki, növbəti görüşdə bu səhv mütləq aradan qaldırılacaq. Ancaq biz onlara ümid ola bilməzdik. Baş məşqçimiz tez otelə gedib, öz bayrağımızı gətirdi. Bundan sonra millimiz növbəti görüşlərə onunla çıxdı”.

https://youtu.be/q5cna7jVJsM

 

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

795
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv