Ads by Google

hightechnic
Ads by Google

Neftin 1 barrelinin qiyməti 70-75 dollaradək yüksəlməsi Türkiyənin Azərbaycanla ticarət əlaqələrinə müsbət təsir edəcək.

Yeniçağ.Az “APA”ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Nəqliyyatçılar Birliyi icraçı katibi Fatih Şener bildirib.

“OPEC üzvləri və kartelə üzv olmayan ölkələr tərəfindən neftin hasilatının azaldılmasına dair əldə etdiyi razılaşma “qara qızıl”ın 70-75 dollaradək bahalaşmasına səbəb ola bilər. Bunun bir neçə neqativ təsiri ola bilər, lakin bunun hesabına Türkiyənin neft ixrac edən ölkələrlə ticarət dövriyyəsi artacaq. Türkiyənin İqtisadiyyat Nazirliyi 2017-ci ildə 155 mlrd. dollarlıq ixrac proqnozlaşdırır. 2013-cü ildə Türkiyə ilə Şimali İraq arasında ticarət dövriyyəsi 12 mlrd. dollar idi, hazırda isə bu göstərici 6 mlrd. dollar təşkil edir. Bunun əsas səbəbi İraq iqtisadiyyatının neftdən asılı olmasıdır. Azərbaycan, Qazaxıstan, Rusiya iqtisadiyyatları da neftdən asılı olduğu üçün xammalın kəskin ucuzlaşması Türkiyə ilə ticarət dövriyyəsinə mənfi təsir edib. Halbuki, bu ölkələr Türkiyənin əsas ticarət tərəfdaşları idi. Neft bahalaşarsa, Türkiyənin bu ölkələrə ixracı artacaq”, – deyə F. Şener qeyd edib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 51
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."