yenicag.az
yenicag.az

Fazil Mustafa: Jirinovski nə danışdığını bilmir

Fazil Mustafa: Jirinovski nə danışdığını bilmir

Müəllif: Redaktor

Editor

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski yerli telekanala müsahibəsində Moskvanın keçmiş SSRİ respublikalarını özünə birləşdirəcəyinə dair sərsəm-sərsəm fikirlər səsləndirib. RLDP sədrinin fikrincə, Rusiyanın keçmiş SSRİ-nin sərhədlərini “dinc yolla” bərpa etməsinin qarşısında heç bir maneə olmayacaq. Çünki həmin keçmiş sovet respublikalarının əhalisinin özü bunu istəyir: “Onlar görsələr ki, ABŞ əlini çəkir, qarışmır, Rusiyaya birləşmək üçün özləri xahiş edəcəklər”.

Jirinovski keçmiş SSRİ sərhədlərinin bərpa ediləcəyi halda Qarabağ probleminin də “öz-özünə həll olunacağını” deyib:

“Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan: olacaq Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası, çarın vaxtındakı kimi”.

Jirinovskinin bu açıqlaması ilə bağlı Yenicag.az-a fikrini bildirən deputat Fazil Mustafa Jirinovskinin bu cür çıxışlarını mənasız adlandırdı:

“Bu kimi açıqlamalar sadəcə, Rusiyanın imperiya xəyallarını canlandırmaqdan ibarətdir. Amma dünya düzəni tam dəyişmiş vəziyyətdədir. İndi heç bir müstəqil dövlət imkan verməz ki, onun müstəqilliyinə qəsd olunsun. Jirinovski nə qədər imperiyapərəst çıxışlar etsə də, Rusiyanın bu yükü üzərinə götürməyə imkanı yoxdur. Rusiya idarəçiliyi belə yaxşı bacarırsa, getsin öz əyalətlərini idarə etsin. Ona görə də Jirinovskinin fikirlərini ciddi fikir kimi qəbul etmək doğru deyil. O sadəcə, nə danışdığını bilmir. Bir ara Jirinovski Azərbaycan barədə təriflər səsləndirməyə başlamışdı. Bu fonda da onun səmimiyyətinə inanmaq doğru sayıla bilməz. Sadəcə, o epizodik davranışlarla öz fikirlərini ifadə edir və əksər hallarda dedikləri də reallığı əks etdirmir”.

ELÇİN
Yenicag.az

Xəbərlər, Gündəm, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti