!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Federasiya yeni çəkicatan axtarır - ÖZƏL

!Reklam – Yazi

Bir müddət öncə daha bir idmançımız “dopinqdə “ilişib”. Yüngül Atletika üzrə milli komadanın üzvü çəkicatan Dmitri Marşin dopinqə görə 4 il müddətinə bütün yarışlardan uzaqlaşdırılıb.

Bundan sonra Federasiya qəti qərar verərək, 45 yaşlı idmançını millidən kənarlaşdırmaq, onunla tamamilə əlaqəni kəsmək qərarına gəliblər.

Yeniçağ.az idmançının federasiyadan gedişi və onun yerinə tapılan yeni atlet haqqında bəzi məlumatlar əldə edib. Federasiyadan aldığımız məlumata görə, Dmitri Marşin Azərbaycandan getməzdən əvvəl quruma gəlib və son 2 aylıq maaşını götürüb.

Həmçinin o da bildirilir ki, onun qanında qadağan olunmuş maddələrin tapılması qurumun planlarını alt-üst edib. Belə ki, 45 yaşlı belarus əsilli idmançımız IV İslamiadada çıxış etməli idi. Hazırda Federasiya yeni çəkicatan axtarır. Bunun üçün Rusiya, Belarusiya və Afrika ölkələrinə üz tutub. Deyilənə görə, hətta bir neçə əcnəbi namizəd də var. Onlardan biri Dmitri Marşinin həmyerlisidir.

Milliyə yeni cəlb olunacaq idmançı IV İslam Həmrəylik Oyunlarından öncə 1-2 yarışda sınaqdan keçəcək.
Qeyd edək ki, Dmitri Marşin 2012-ci ilin əvvəllərində “milliləşdirilib”.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv