15682433_1183163248438419_819907046_oXəbər verildiyi kimi, bu yaxınlarda Azərbaycan Həndbol Federasiyasında təhbər dəyişikliyi baş tutub. Belə ki, federasiya prezidenti Heydər Babayev öz ərizəsi ilə vəzifəsindən istefa verib və bu səbəbdən də quruma yeni rəhbər “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov seçilib.

Yeni rəhbər artıq federasiyada dəyişikliklər etməyə başlayıb. Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, handbol millisinin heyətinə həm əcnəbi, həm də yerli idmançılar cəlb olunacaq. Təbii ki, daha böyük uğura imza atmaq üçün legionerlərə üstünlük veriləcəyi istisna edilmir.

Qurumdakı dəyişiklik bununla bitmir. Bundan əlavə federasiyanın məkanın da dəyişdirilməsi nəzərdə tutulub.
Belə ki, Azərbaycan Handbol Federasiyasının ofisi və millinin əsas məşq zalı Heydər Babayevin rəhbəri olduğu şirkətin tərkibində yerləşirdi.

Qurumun prezidenti Saleh Məmmədov bunun üçün də göstəriş verib. Yaxın zamanda handbolçular üçün yeni məkan ayrılacağı gözlənilir.

Aygün İlqarqızı

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 19
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."