www.sinerjipro.net

SinerjiProWide
Reklam

prokur55oroluqBakı Şəhər Prokurorluğu paytaxtda fəhlənin faciəli ölümü ilə bağlı məlumat yayıb.

Prokurorluqdan verilən məlumata görə, yanvarın 23-də paytaxtın Bilgəh qəsəbəsində yerləşən “Qağayı” istirahət bazasının ərazisində demontaj işlərinin həyata keçirilməsi zamanı dəmir borunun həmin vaxt orada olan, Füzuli rayon sakini, 1970-ci il təvəllüdlü Səfəralı Səfərovun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.(Azvision)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 44
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."