www.sinerjipro.net

SinerjiProWide
Reklam

35571Yəhudi mühacirlərinin keçən həftə fələstinlilərə aid bir evi bombalaması nəticəsində çıxan yanğında həyatını itirən 18 aylıq körpə Ali Devabişe’nin atası Saad Devabişe müalicə aldığı xəstəxanada həyatını itirib.

Devabişenin qardaşı Nəsr Devabişe yanğında həyatını itirən 18 aylıq körpənin 31 yaşındakı atası Saad Devabişenin bu səhər müalicə gördüyü İsrailin Beer Şeva Soroka Tibb Mərkəzində həyatını itirdiyini bildirib.

Devabişenin cənazəsi dəfn üçün Nablus şəhərinin Duma bölgəsinə gətiriləcək.

Qeyd edək ki, yəhudi mühacirlərin keçən həftə Nablus şəhərinin Duma bölgəsindəki fələstinlilərə aid bir ev bombalaması  nəticəsində çıxan yanğında Ali Devabişe adlı 18 aylıq körpə həyatını itirmiş ana, ata və 4 yaşındakı digər uşaqları ağır yaralanmışdı.

Hücum Fələstində və beynəlxalq cəmiyyətdə böyük səs-küyə  səbəb olmuşdu.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 23
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."