Femida.az 1 yaşında

Müəllif: Redaktor

Editor

Безымянный13 aprel tarixində Femida.az saytının 1 yaşı tamam oldu. Məhz bu tarixdə sayt tamamilə yeni kollektivlə fəaliyyətə başlayıb. İnternet mediasının sürətlə inkişaf etdiyi bir vaxtda Femida.az saytı ölkənin ən populyar hüquq portalına çevrilə bildi. Sayt qısa bir zamanda geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Saytda hüquq və hüququn müxtəlif sahələrini əhatə edən fikirlərə, xəbərlərə yer ayrılır. Məqsəd, hüquq sahəsində yaranmış informasiya boşluğunu doldurmaq və ictimaiyyətə tərəfsiz, qərəzsiz xəbərlər vermək və eyni zamanda hüquq mədəniyyətinin yüksəldilməsidir.

Femida.az Azərbaycanda və dünyada baş verən yeniliklərə də yer ayırır. Həmçinin, saytımızda müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları da işıqlandırılır. Saytımızın işinin qurulmasında və istiqamətləndirilməsində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı, oxucular da fəal iştirak edə bilərlər. Redaksiyamızın əlaqə vasitələri ilə oxucular qarşılaşdıqları hüquqi problemlərlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları da var.

Femida.az saytının baş redaktoru Vüsal Məmmədovdur.

Yenicag.az kollektivi adından həmkarlarımızı təbrik edirik!


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır