yenicag.az

"Fənərbaxça" futbolçusunun Bakı təəssüratları - MÜSAHİBƏ

“Fənərbaxça” futbolçusunun Bakı təəssüratları – MÜSAHİBƏ

Müəllif: Redaktor

Editor

IV İslam Həmrəyliyi Oyunları 23 yaşadək futbolçulardan ibarət Türkiyə millisi üçün başa çatıb. Qrupda keçirtdiyi iki oyunda məğlub olub, birində də qələbə qazanan qardaş ölkə təmsilçisi artıq Bakını tərk edib.

Yeniçağ.Az saytına müsahibə verən “Fənərbaxça”nın futbolçusu Melih Okutan yığmasının çıxışını dəyərləndirməklə yanaşı, bir sıra maraqlı məqamlara aydınlıq gətirib.

18555169_1457704760954012_1890640411_n– “Bakı-2017” ilə bağlı düşüncələrinizi bilmək maraqlıdır.

– Çox gözəl təşkilatçılığın şahidi oldum. Bakını gəzmək fürsətim də oldu. Demək olar ki, hər şeydən razı qaldıq. Bakıda olmaq çox gözəl idi.

– Komandanız yarışı yalnız bir qələbə ilə başa vurdu. Çıxışınızı necə dəyərləndirirsiniz?

– Təbii ki, çıxışımızdan razı qalmadıq. Biz Bakıya gələrkən çempion olacağımızı düşünürdük. Ancaq qrupda iki uğursuz oyun keçirtdik. Hesabda önə keçməyimizə baxmayaraq, sonda məğlub olduq. Ancaq son matçda yaxşı komanda olduğumuzu sübut etdik. Hesabda 0:3 geri olsaq da, geridönüş etməyi bacardıq. Bu, çox önəmlidir.

– “Fənərbaxça”dakı işləriniz nə yerdədir?

– “Fənərbaxça”nın əsas komandasına qədər yüksəlməyi bacarmışam. 4 matçda meydanda oldum. Hazırda transfer təklifləri var, onları dəyərləndirməyi düşünürəm. “Fənərbaxça”nın yen mövsüm üçün təşkil olunacaq təlim-məşq toplanışında da iştirak etmək şansım var. Çünki icarə əsasında çıxış etdiyim “Üsküdar”da özümü yaxşı tərəfdən göstərməyi bacardım. 33 oyunda 12 qol vurdum.

– Bu məsələ hər zaman diqqətimi çəkir. Türkiyəli futbolçulara gənc ikən nə öyrədilir ki, sonradan onlar Bülənt Qorxmaz, Nihat Kahveçi, Arda Turan kimi önəmli isimlərə çevrilirlər?

– Qeyd etdiyiniz futbolçular həm insan kimi, həm də əxlaq keyfiyyətlərinə görə çox yaxşı yetişiblər. Sözsüz ki, bu işdə məşqçilərin işi də önəmlidir. Futbolçular onlara öyrədilənlərə əməl etsələr, bu, onların gələcəyini inkişaf etdirməsinə təkan verəcək.

– Məsələn, “Fənərbaxça”da sizə nələr öyrədilib?

– 12 yaşımdan “Fənərbaxça”dayam. Həm futbol, həm də şəxsi keyfiyyətlərimi inkişaf etdirmək üçün çox şey öyrəndim. Çox yaxşı təhsil aldım. Əxlaqlı futbolçu olmağım üçün bu, çox önəmlidir.

18555322_1457704764287345_1829630171_n– Bəs, gənc bir oyunçu peşəkar futbolçu olmaq yolunda nələrdən uzaq durmalıdır?

– Rejimsiz həyatdan uzaq durmağı şərtdir. Pis vərdişlərdən yayınmalıdır. Bundan başqa insanlarla yaxşı davranmalı, ona problem yaradacaq işlərlə məşğul olmamalıdır.

– Maraqlıdır, bu sahədə ən böyük hədəfiniz nədir?

– Türkiyə əsas millisinə qədər yüksəlməyi hədəfləyirəm. Bunda başqa Avropa klublarında da çıxış etməyi düşünürəm. Sözsüz ki, “Fənərbaxça”nın əsas heyət oyunçusu olmaq da hədəflərim sırasındadır. Ancaq mümkün olarsa, legioner həyatı yaşamaq niyyətindəyəm.

 

EMİN SƏFƏROV
Yeniçağ.az

Xəbərlər, İdman, Müsahibə, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti