“Fənərbaxça”- “Lokomotiv” oyununda “Putin” təxribatı – FOTOLAR

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

tasarov-putin-16Türkiyənin “Fənərbaxça” futbol klubu ilə oyuna çıxan Rusiyanın “Lokomotiv” komandasının oyunçusu Dmitri Tarasov meydana Putinin şəkli ilə çıxdı. Yenicag.az xəbər verir ki, futbol geyiminin altından geydiyi alt köynəyinin üzərində Rusiya prezidentinin şəklinin olduğu oyun sonunda bəlli oldu.

Türklərə 2:0 məğlub olan “Lokomotiv” oyunçuları meydandan çıxarkən Tarasovun üst geyimi çıxardığı üçün Putinin şəkli aydın göründü.

Putinin şəklinin altından isə “Ən mədəni dövlət başçısı” sözü yazılıb.

Göründüyü kimi, putinsevərlər şans rusların üzünə gülsəydi, seyirçini daha da qızışdıraraq, provokasiyaya çəkmək üçün hazır gəlsələr də, istədiklərini ala bilmədən, geri döndülər.

screenshot_17(2)

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır