!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fərəc Quliyev Aqil Abbasa cavabı verdi – ÜZR QALMAQALI

!Reklam – Yazi

 

9kollazh1Fərəc Quliyev: “Əksinə, Moskva baş verən hadisələrə görə həm üzr istəməli, həm də cavab verməlidir”

Türkiyənin Suriya səmasında Rusiyaya məxsus qırıcı təyyarəni vurması Azərbaycanda belə birmənalı qarşılanmayıb. Məsələn,  “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bu qənaətə gəlib ki, həmin olaya görə Türkiyə Rusiyadan üzr istəməlidir, yanlış olub deməlidir..

Eyni zamanda, millət vəkili Aqil Abbas da onun bu fikirlərinə həmrəylik ifadə edib.

O da Rusiyanın hərbi təyyarəsinin vurulmasını Türkiyənin ən böyük səhvi adlandırıb və deyib ki, Türkiyə bu məsələdə ABŞ-ın “dutkasına” getdi.

Maraqlıdır, Rusiya təyyarələri Türkiyə ərazisini pozur, Suriyada yaşayan, İŞİD-ə heç bir aydiyyatı olmayan dinc türkman əhalisini qətliam edir, amma buna rəğmən Azərbaycanda bəziləri hələ də elə düşünür ki, hadisəyə görə Ankara Moskvadan üzr istəməlidir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında millət vəkili Fərəc Quliyev həmkarının yuxarıda səslənən açıqlamasına kəskin etirazını bildirdi: “Bir neçə məsələnin adını olduğu kimi çəkmək lazımdır. Rusiya, İran hərbi birləşmələri və başqa qruplaşmalar da birmənalı şəkildə türklərə qarşı soyqırım siyasəti yürüdür. İŞİD-ə heç bir aydiyyatı olmayan türkmənlərin obalarını bombalamaq, dinc əhali və cocuqlarını qırmaq birmənalı şəkildə soyqırımdır. Bununla bağlı beynəlxalq təşkilatlara müraciət etməyə hazırlaşırdım. Bu fikrimdən də daşınmıram. Ola bilər yaxın  günlərdə dünyanı bu soyqırıma görə susmaqda ittiham edim. Fransada baş verən terror hadisəsini də qınayırıq. Lakin necə olur həmin olaya bütün dünya etiraz edir, hətta Azərbaycanın özündə Fransa bayraqlarına bürünürlər, amma türkmənlər qırılır, heç kim eyni reaksiyanı vermir. İkinci bir tərəfdən, Rusiya qırıcıları Türkiyə sərhədini pozubsa, Ankara tərəfdən rəsmi mövqe bildirildi ki, heç kimin torpağında gözləri yoxdur, amma heç kim də Türkiyə torpaqlarına müdaxilə edə bilməz. Hesab edirəm ki, sözügedən məsələ ilə bağlı Türkiyə çox doğru addım atıb. Qorxaqlıqdan, bütün beynəlxalq qaydaları çeynəyib, “yox, gərək belə olmayaydı” demək doğru sayılmır. Azərbaycan parlamenti  digər türkdilli respublikaların parlamentlərinə də müraciət etməlidir ki, bu məsələdə Türkiyəni müdafiə edən, Rusiyanı qınayan birgə bəyanatla çıxış etsinlər. Ola bilər, dövlət siyasətində dövlət rəsmi şəkildə, protokol qaydalarından çıxış edərək, bu məsələlərə müdaxilə etməsin, amma ən azından ictimai rəy, xalq özü ciddi təpki göstərməlidir ki, Rusiya Türkiyənin bu məsələdə tək olmadığını hiss etsin. Çünki başlı-başına buraxsan bu gün Türkiyənin sərhədini pozanlar, sabah başqa şeylər edəcəklər. Bir dəfə televiziya çıxışımda bildirmişdim, Türkiyə PKK məsələsində NATO-nu da məsələyə qatmalıdır. İndi Rusiya məsələni ciddiləşdirirsə, NATO da ciddi şəkildə ortaya səy qoymalı və Türkiyənin pozulmuş sərhədləri NATO-nun pozulmuş sərhədləri kimi qəbul olunduğundan qurumun bütün üzvləri də hər bir mənada Ankaranın yanında olmalıdır. Rusiyaya arxalanaraq torpaqlarımızı işğal altında saxlayan ermənilər məhz Moskvaya söykənərək bunu ediblər. Nəhayət ki, onun yeri göstərilməlidir. Bu tendensiyaya son qoyulmalıdır ki, türk ərazilərini tutmasınlar, türk etnosunu qırmasınlar. Türkiyə bu olayla bağlı Rusiyadan üzr istəməməlidir. Əksinə, Moskva baş verən hadisələrə görə hər üzr istəməli, həm də cavab verməlidir. Sərxoş rus pilotları Suriyada 100-lə insanlarımızı bombalayıblar. Bunun cavabını kimsə verməlidir, ya yox? Ona görə də biz Türkiyənin yanında olmalıyıq”.

ELÇİN

www.yenicag.az

1095
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv