www.sinerjipro.net

SinerjiProWide
Reklam

Rus mədəniyyəti və mənəvi dəyərləri son 200 ildə Azərbaycan xalqının həyatında mühüm rol oynayır.

Yenicag.az xəbər verir ki, bunu “Moskva – Bakı oxu” konfransında çıxışı zamanı Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının üzvü, Bakı Musiqi Akademiyasının rektoru, bəstəkar Fərhad Bədəlbəyli bildirib.

Onun sözlərinə görə, hazırda yalnız 10 milyon azərbaycanlı Azərbaycanda, yerdə qalan 30 milyon isə İranda yaşayır. Ölkələr arasında mədəniyyət, rəsm və arxitekturaların inkişafı müqayisə olunmaz səviyyədədir.

“XIX və XX əsrlərdə rus ziyalıları böyük maarifçilik işləri aparıblar. Biz rus müəllimlərimizi xatırlayırıq. Moskva Dövlət Universitetində təhsil almışıq. Bunu unuda bilmərik. Təbii ki, qorxulu 90-cı illər bizim münasibətlərimizə ciddi zərbə vurdu. Heydər Əliyev hakimiyyətə gəlməsə idi, kim bilir bəlkə də Azərbaycan İran və ya Türkiyə limanına lövbər salardı”.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının üzvü olduğunu xatırladan Fərhad Bədəlbəyli ATƏT-in Minsk qrupunu sərt tənqid edib: “25 ildir ki, həmsədrlərlə görüşürük. Onlar bu müddət ərzində heç bir iş görməyiblər. Ancaq təyyarədə biznes-klassda gəlib, beş ulduzlu hotellərdə qalıblar. Yüksək maaş alıblar. Lakin bütün bunların qarşılığında münaqişənin həllində irəliləyişə nail olunmayıb. Minsk qrupunun yaradılması çox böyük və dəhşətli səhvdir. Çünki ABŞ və Fransanın münaqişənin nizamlanmasında öz maraqları var. Əminəm ki, Rusiya, Azərbaycan və Ermənistan birlikdə bu münaqişəni həll edə bilərdilər”.

F.Bədəlbəyli əlavə edib ki, Rusiya təhsili və mədəniyyəti güclü silahdır. O, Dövlət Dumasının deputatlarına müraciət edib: “Sizdən çox xahiş edirəm ki, rus mədəniyyətini maliyyələşdirmək üçün hökumətə daha çox pul ayırın. “İsgəndər”lərə pul ayırmaqdansa, rus mədəniyyətinin təbliğinə pul ayırmaq lazımdır”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 109
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."