www.sinerjipro.net

SinerjiProWide
Reklam

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Avrasiya bölgəsinin nüfuzlu beynəlxalq təhsil qurumu olan Avrasiya Universitetlər Birliyinin(EURAS) təhsil və gənclər məsələlərindən məsul Gənc Səfiri(Young Ambassador) seçilib.

O, Gənc Səfir olaraq, beynəlxalq birliyin üzvü olan 97 universitetin tələbə və gənclər təşkilatları ilə yaxından əməkdaşlıq edərək bu ölkələrdə gənclik və təhsil sahələrində elçi rolunu oynayacaq.

Avrasiya Universitetlər Birliyi(EURAS) Avrasiya regionunda 35 ölkədən 97 universiteti ətrafında birləşdirən beynəlxalq təhsil qurumudur. EURAS hər il Avrasiya bölgəsinin ən böyük EURİE- Təhsil zirvəsini keçirir. Bu zirvə Şimali Amerikada təşkil olunan NAFSA, Avropa Konfransı (EIAE) və Asiya Pasifik Konfransından(APAIE)sonra dünyanın bu sahədəki 4-cü ən böyük zirvəsidir.

Avrasiya Universitetlər Birliyi üzvləri sırasında Azərbaycandan Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Naxçıvan Universiteti, Xəzər Universiteti və Odlar Yurdu Universiteti təmsil olunur.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1160
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."